Previous Next
Bağla

Koronavirus rəqəmsal və məsafədən biznes əməliyyatlarına təsir etmir

19-03-2020 16:15
Koronavirus rəqəmsal və məsafədən biznes əməliyyatlarına təsir etmir

Dünyanın ÜDM-nin əksəriyyətinin formalaşdığı ölkələrdə insanlar karantin altında qalmağa məcburdurlar, bu da onların ənənəvi, eləcə də biznes fəaliyyətlərini davam etdirməyə imkan vermir. Azərbaycan bu insanlara öz işlərini məsafədən görmək və idarə etmək imkanı yaratmaqla bu problemə real həll yolu təklif edir.

Xeberler.az bildirir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli bildirir ki, Azərbaycan dünyada Mobil Rezidentlik (bundan sonra m-Rezidentlik) təqdim edən iki ölkədən biridir. Rəqəmsal Ticarət Qovşağı vasitəsilə təqdim edilən m-Rezidentlik istənilən şəxsə olduqları yerdən bir çox elektron xidmətlərdən yararlanmaq imkanı verən dövlət-özəl tərəfdaşlığı layihəsidir. Proqram dünyanın istənilən yerindən Azərbaycanda şirkət və bank hesabı açmaq, ünvan və köməkçi təyin etmək, işə rəsmi olaraq əməkdaşlar cəlb etmək, vergi güzəştlərindən yararlanmaq və bir çox digər imkanları təqdim edir.

Hal-hazırda ölkəmizdə və dünyada biznesə və turizmə böyük zərbə vuran koronavirus pandemiyasının yaratdığı məhdudiyyətlər dövründə, bu xidmətin nə dərəcədə önəmli olduğunu qeyd etmək lazımdır. Mobil Rezidentlik proqramı həm qeyd edilən pandemiya, həm də neft qiymətlərinin kəskin düşməsi fonunda xarici investisiyanın ölkəmizə axınında yaranabiləcək durğunluğun antidotudur.

Rəqəmsal Ticarət Qovşağı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının gücləndirilməsi ilə bağlı” Fərmanı əsasında təsis edilib. Qovşaq fəaliyyət dövrü ərzində ən müasir, təhlükəsiz və sürətli texnologiyaların tətbiqi ilə həm rezident həm də qeyri-rezident şəxslərə müxtəlif rəqəmsal həllər təqdim edir. Bu xidmətlər arasında dünyada Estoniyadan sonra ilk dəfə elektron və rezidentlik xidməti xüsusi əhəmiyyət kəsb edir.

Elektron və mobil rezidentlik üçün artıq bir çox ölkələrdən müraciətlər edilib. Bu ölkələr arasında Rusiya, Türkiyə, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Yunanıstan, Belçika, Fransa, Almaniya, İspaniya, Hindistan, Pakistan və digər ölkələr yer alıb. Bu da proqrama həqiqətən də dünyanın bir çox nöqtəsindən maraq cəlb etdiyini bizlərə sübut edir. Müraciətlərin sayında artım tempi davamlı olaraq müşahidə edilir.

Qovşaq meneceri N.Əsədli bildirir ki, bugünkü xoşagəlməz hallar, pandemiya, dünyada yaşanan iqtisadi durğunluq və neft qiymətlərinin kəskin ucuzlaşması dövründə mobil rezidentlik xidmətinə və ümumiyyətlə rəqəmsal ticarət qovşağının digər xidmətlərinə tələbin daha da artacağı istisna edilmir. Bu məqsədlə, Fərmanın tələblərinin daha koordinasiyalı və səmərəli həyata keçirilməsi üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşəbbüsü ilə Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Konsorsiumu yaradılıb.

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Konsorsiumu - Azərbaycanda rəqəmsal infrastrukturun və transsərhəd elektron ticarət platformasının inkişafı və ölkənin mövqelərinin regional və qlobal miqyasda gücləndirmək üçün yaradılan dövlət-özəl tərəfdaşlığıdır.

Nicat Əsədli əlavə edib ki, Mobil Rezidentlik əldə edən əcnəbilər, eləcə də xaricdə yaşayan həmyerlilərimiz İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu digər layihələrdən də məhdudiyyətsiz yararlana bilərlər. Belə ki, Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Azexport.az dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunub. Xarici biznes tərəfdaşları heç bir məhdudiyyət yaşamadan, onlayn şəkildə Azərbaycan məhsullarına sifarişlərini verə bilər, nəqliyyat - logistika xidmətlərindən yararlana bilərlər.

EnterpriseAzerbaijan portalı da onlayn şəkildə innovativ layihələrin yerləşdirliməsi, onların investorlara təqdim edilməsi və maliyyələşməsi üçün əlverişli platformadır.
Beləliklə, koronavirus pandemiyasının yaratdığı məhdudiyyət rəqəmsal və məsafədən biznes əməliyyatlarına təsir etmir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Moskvada Azərbaycanın elektron və mobil rezidentlik təqdim etməsi müzakirə olunub

18-12-2018

Rəqəmsal Ticarət Qovşağı üçüncü beynəlxalq forumu keçiriləcək

24-09-2019

Azərbaycanın mobil rezidentliyinin əhatə dairəsi genişlənir

07-02-2020

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Estoniyada uğur qazanıb

16-09-2019

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Əbu-Dabidə beynəlxalq konfransda təqdim olundu

22-12-2018

Postpandemiya dövründə Rəqəmsal Ticarət Qovşağının önəmi daha da artacaq

16-04-2020

E-estonia.com portalı Azərbaycanda m-rezidentlik barədə məqalə yerləşdirib

29-07-2020

Azərbaycanda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransı keçiriləcək

10-09-2018

Azərbaycanda ilk dəfə mobil imza vasitəsilə memorandum imzalandı

01-07-2019

Azərbaycan dünyada ilk dəfə mobil Rezidentlik təqdim etdi

24-10-2018

BMT-nin hesabatı: Azexport və Rəqəmsal Ticarət Qovşağı ən yaxşı təcrübədir

15-10-2020

Bakcell dünyada ilk dəfə olaraq mobil rezidentlik təqdim edib

24-10-2018

Asan İmza dünyada ilk mobil rezidentlik layihəsi oldu

07-09-2018

Azərbaycan dünyada mobil rezidentlik verən ilk ölkə oldu

04-07-2019

Asan İmza mobil elektron imza layihəsi ən innovativ nümunə kimi qəbul edilib

13-11-2018

Rəqəmsal Ticarət Qovşağı təqdim edilib-Foto

30-06-2017

Rəqəmsal Ticarət Qovşağı yeni normaya keçidi sürtləndirir

11-09-2020

Rəqəmsal Ticarət Qovşağı Brüsseldə təqdim olundu

18-05-2017

Argentina şirkətləri Azexport portalı və Rəqəmsal Ticarət Qovşağı ilə əməkdaşlıq edəcək

30-11-2020

İslahat icmalının xüsusi buraxılışı onlayn vahid ixrac ərizəsinə həsr olunub

22-02-2019

Mobil Rezidentlik proqramının inkişaf perspektivləri

03-06-2020

Bakıda rəqəmsal ticarət konfransı keçiriləcək

17-10-2017

Аsan İmza Uqanda Respublikasının nümayəndə heyətinə təqdim edilib

27-09-2018

Azərbaycan BMT-nin İKT mükafatı namizədləri arasındadır

01-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə