Previous Next
Bağla

Azərbaycanda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransı keçiriləcək

10-09-2018 10:35
Azərbaycanda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransı keçiriləcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İSESKO-nun birgə təşkilatçılığı ilə Bakıda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfrans keçiriləcək.

Xeberler.az məlumat verir ki, əsasən rəqəmsal iqtisadiyyatları birləşdirən sərhədsiz elektron ticarət platformaları haqqında danışılacaq konfransda həmçinin transsərhəd iqtisadi əlaqələrin, elektron xidmətlərin və yeni iş imkanlarının perspektivləri müzakirə ediləcək.

Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli bildirir ki, Azərbaycanda belə bir tədbiri təşkil etməklə həm Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı yeni formatda təqdim ediləcək, həm də ölkəmizin elektron ticarət və elektron kommersiya, mobil və elektron identifikasiya, rəqəmsal hökümət və kibertəhlükəsizlik sahələrində əldə etdiyi nailiyyətlər, çətinliklər və imkanlar barəsində xarici təcrübəyə malik mütəxəssislərlə fikir mübadiləsi aparılacaq :

“Prezident İlham Əliyevin ölkədə qeyri-neft sektorunun inkişafına, əsasən də informasiya və kommunikasiya sahəsinin daha da təkmilləşdirilməsinə verdiyi diqqətin nəticəsində dövlət tərəfindən bir çox elektron platformalar, rəqəmsal xidmətlər və onlayn resurslar yaradılıb. Bunlardan biri də Azərbaycanın “Rəqəmsal Ticarət Qovşağı”dır. Qovşaq dünyada həm yerli sahibkarlar üçün müxtəlif rəqəmsal həllər, həm də qeyri- rezidentlər üçün elektron xidmətlər təqdim edən yeganə platformadır.”

Qeyd edək ki, Azərbaycanda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransda ABŞ, Tayland, Böyük Britaniya, Estoniya, Türkiyə, Mərakeş və digər ölkərədən nümayəndələr olmaqla 10- dan artıq ölkədən 100-ə yaxın nümayəndə iştirak edəcək. Həmçinin Azexport portalının sıx əməkdaşlıq etdiyi Alibaba, Amazon, e-bay və digər beynəlxalq ticarət platformalarının nümayəndələri də müzakirələrə qatılacaq.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi oktyabr ayının 31-də keçirilməsi nəzərdə tutulan konfransla bağlı artıq son məqamları müzakirə edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İlk dəfə qeyri-rezidentlərə elektron imza veriləcək

19-09-2018

Rəqəmsal Ticarət Qovşağı üçüncü beynəlxalq forumu keçiriləcək

24-09-2019

Bakıda rəqəmsal ticarət konfransı keçiriləcək

17-10-2017

Bakcell beynəlxalq konfransa dəstək olub

25-10-2017

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Estoniyada uğur qazanıb

16-09-2019

Azərbaycan dünyada ilk dəfə mobil Rezidentlik təqdim etdi

24-10-2018

Rəqəmsal ticarət qovşaqlarının inkişafı müzakirə ediləcək

13-10-2017

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Əbu-Dabidə beynəlxalq konfransda təqdim olundu

22-12-2018

Moskvada Azərbaycanın elektron və mobil rezidentlik təqdim etməsi müzakirə olunub

18-12-2018

Rəqəmsal Ticarət Qovşağı təqdim edilib-Foto

30-06-2017

Bakcell dünyada ilk dəfə olaraq mobil rezidentlik təqdim edib

24-10-2018

Azərbaycanın mobil rezidentliyinin əhatə dairəsi genişlənir

07-02-2020

Bakıda rəqəmsal ticarətlə bağlı konfrans keçirilir

19-10-2017

Koronavirus rəqəmsal və məsafədən biznes əməliyyatlarına təsir etmir

19-03-2020

Argentina şirkətləri Azexport portalı və Rəqəmsal Ticarət Qovşağı ilə əməkdaşlıq edəcək

30-11-2020

Rəqəmsal Ticarət Qovşağı Brüsseldə təqdim olundu

18-05-2017

Rəqəmsal transformasiya və e-ticarət forumu keçirilib

21-06-2023

Azərbaycan e-ticarət sahəsində xarici əlaqələri möhkəmləndirir

19-10-2017

Rəqəmsal Transformasiya və Texnologiya Zirvəsi Forumu keçiriləcək

07-06-2023

BMT-nin hesabatı: Azexport və Rəqəmsal Ticarət Qovşağı ən yaxşı təcrübədir

15-10-2020

Azexport portalının Elektron ticarət üzrə təlimi yekunlaşıb

29-11-2018

“Azexport” və “Alibaba” tərəfdaşlığı yeni mərhələyə daxil olur

23-04-2025

Rəqəmsal Ticarət Qovşağı BMT-nin iclasında təqdim edilib

18-01-2020

Аsan İmza Uqanda Respublikasının nümayəndə heyətinə təqdim edilib

27-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə