“Azərbaycanın yerli İT məhsullarını istehsal edəcəyik”

07-12-2015 / 13:11

Türk texnologiya lideri KoçSistem Azərbaycanda fəaliyyətini genişləndirir.

“Hazırda KoçSistem Azərbaycan MMC olaraq ölkənin İT bazarında  yeni  innovativ həllər təqdim etməyə hazırlaşırıq. Şirkətin yenin məhsullarını Azərbaycan bazarına uyğunlaşdırmaqla yanaşı, yeni qlobal texnoloji məhsullar istehsal etmək istiqamətində çalışırıq”.

Bu barədə Xeberler.az KoçSistem Azərbaycan-ın  direktoru Ali Kutvan  ölkəmizdəki fəaliyyətlərindən danışarkən deyib.

Şirkət direktoru yaxın zamanda Qafqaz Universitetinin QU texnoparkında   KoçSistem Azərbaycan MMC-nin yeni fəaliyyətə başlayacaq Tədqiqat  Mərkəzindən danışıb:

“Azərbaycan Prezidentinin də qərarı var ki,  ölkədə qeyri-neft sektoru  inkişaf etsin. Biz də bu istiqamətdən çıxış edirik və bu sahədə Azərbaycanda görəcəyimiz  çox  iş var.  Dekabrın 15-də Qafqaz Universitetində yeni ofisimizin açılış mərasimi  keçiriləcək.  Hazırda Qafqaz  Universitetinin bir mütəxəssisi ilə əməkdaşlıq edirik. Kifayət qədər təcrübəsi olan İT mütəxəsssis həm universitetdə dərs deyir, həm də KoçSistem Azərbaycanda bizimlə çalışır”.

Ali Kutvan deyib ki, yeni Mərkəzin  əsas məqsədi Azərbaycanda istər dövlət, istərsə də İT  şirkətlər üçün yeni və faydalı innovativ həllər, xidmətlər təşkil etmək, bu sektora töhfələr verməkdir:

“Bildiyiniz kimi, biz  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının reallaşmasında iştirak edirik. Məqsədimiz, ölkənin rəqəmsallaşması prosesinə dəstək verməkdir. Həmçinin Azərbaycanın bütün bölgələri, ümumiyyətlə Qafqaz bölgəsi üçün mobil və dövlət qurumları üçün idarəetmə modelləri təqdim etməyə hazırlaşırıq. Biz xidmətimizi daha genişləndirib, qlobal bazara çıxmağa hazırlaşırıq. Hədəfimiz yerli məhsullar istehsal etmək və bunu Azərbaycan adı ilə dünyaya təqdim etməkdir”.

Ali Kutvan deyib ki, istehsal edəcəkləri məhsullar türk məhsulu yox, məhz Azərbaycan məhsulu kimi dünya bazarına çıxarılacaq. Onun sözlərinə görə, hazırda şirkət 15 orjinal məhsulunu  Azərbaycan bazarına uyğunlaşdırmağa çalışır. İstehsal ediləcək texnoloji məhsullar isə hələ  tam müəyyənləşdirilməyib. 

Qafqaz Universitetini, xüsusən də QU texnoparkın fəaliyyətini yüksək qiymətləndirən Ali Kutvan bu universitetlə əməkdaşlıq etdiyindən məmnun olduğunu və gələcəkdə bu əməkdaşlığın daha böyüyəcəyini bildirib.

"Biz Azərbaycana ilk dəfə YapıKredi  bankı  üçün xidmətlər təklif etmək üçün gəlmişdik.  İlk olaraq bu şirkət üçün İT sistem yaratdıq.  Bir ildən çox Qafqaz Univeristetində  müəllim işlədim. Universitetin fəaliyyəti xoşuma gəldiyi üçün əməkdaşlığa başladıq. Hazırda da həm Azərbaycan daxilindən, həm də beynəlxalq – Microsoft, Oracle kimi şirkətlərlərdən bizə əməkdaşlıq təklifləri gəlir.  Azərbaycanda Azərintellekt, Nar və Divan şirkəti ilə də əməkdaşlıqlarımız var . Yaxın iki  iki il ərzində Dubayda da fəaliyyətə başlamağı  düşünürük”.

Ali Kutvan deyib ki, şirkətin Azərbaycanın bölgələrində xidmət edən komandası da var:

“İstanbuldakı ofisimizdə 1500 isçi var. Həmçinin Azərbaycanın  rayonlarında da  işçilərimiz , xidmət edən kadrlarımız  var”.

Şirkət direktoru azərbaycanlı tələbələrin fəaliyyətini də dəyərləndirib və qeyd edib ki, onlarla işləməyə maraq göstərirlər:

“Azərbaycanlı tələbələrlə də aktiv işləyirik.  Onlar şirkətimizdə təcrübə keçirlər.Gələcəkdə bu sektorda potensialını hiss etdiyimiz çalışqan tələbələri işlə təmin edəcəyik”.

KoçSistem 34 ölkədə 100-dən artıq şirkətə İT xidməti göstərir.  

KoçSistem brendi altında rəqəmsal nəşriyyat məhsulu - Pixage,  avtomatik sayğac oxuma sistemi - Sistemetriks və “Elektron Faktura”, “Elekton Dəftər” kimi fəaliyyət istiqamətlərini saymaq mümkündür. 

Şirkətin Türkiyədə qurduğu Data Mərkəz Avropada ən yaxşı  5 Data Mərkəzdən biri olub.  

 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.