Previous Next
Bağla

Bakıda Ali Kutvanın yeni kitabı təqdim edildi-Foto

14-01-2017 21:16
Bakıda Ali Kutvanın yeni kitabı təqdim edildi-Foto

Bu gün Park İnn otelində türkiyəli professor Ali Kutvanın  Azərbaycan dilində nəşr edilmiş kitabının təqdimat mərasimi keçirilib.

Xeberler.az-ın məlumatına görə, “İdarəetmə etikası” adlı kitabın təqdimatında xüsusən turizm, İT sektorunun nümayəndələri və universitet tələbələri iştirak edib.

Kitabın müəllifi Ali Kutvan deyib ki, müasir dövrdə istər menecment, istərsə də ictimai sahələrdə ən aktual probelemlərdən biri etikadır.

Ali Kutvan vurğulayıb ki, hazırda dünyada şirkətlər yalnız əməkdaşlıq etdiyi, ortaq olduğu qurumlar yox, həmçinin bütün işçilərinə, dövlətə, müştərilərinə və digər ətrafına qarşı böyük məsuliyyət daşıyır. Onun sözlərinə görə, bütün bu məqamlarda düzgün qərar vermək idarəetmə baxımından yüksək etik mədəniyyəti tələb edir.

Professor qeyd edib ki, yeni kitab xüsusilə elmi, tədris sahəsində, həmçinin iqtisadiyyat ilə çalışan bütün qərar vermə məsuliyyətinə sahib insanlar üçün faydalı olacaq.


Daha sonra tədbir iştirakçıları kitabın önəmindən danışaraq hazırda etika ilə bağlı belə bir vəsaitə ehtiyac olduğunu vurğulayıb.

Qeyd edək ki, “İdarəetmə etikası” adlı kitabın qiyməti 10 AZN-dir.

Ali Kutvan bir müddət Türkiyənin KoçSistem şirkətinin Azərbaycan  direktoru vəzifəsini icra edib.

A.Kutvan hazırda Prezident yanında Dövlət İdarəçilik Akademiyasının qonaq professoru, Kutvan Project Groub sədridir. Bununla yanaşı, bir neçə şirkət və startaplara idarəçilik, professional effektivlik mövzularında məsləhət verir.

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda türkiyəli professorun kitabı təqdim ediləcək

12-01-2017

“Azərbaycanın yerli İT məhsullarını istehsal edəcəyik”

07-12-2015

KoçSistem startap bazarına yeniliklər gətirir

08-12-2015

“Bu kitabla proqramlaşdırmanı daha asan öyrənə bilərsiniz”

27-05-2016

“Delphi 7 və proqramlaşdırma” kitabının təqdimat mərasimi keçiriləcək

16-11-2009

Universitetdə bərpa olunan enerji üzrə ilk dərslik təqdim edildi

16-02-2023

İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim edib

26-01-2026

İnformatikada işlədilən terminlərin 3 dildə izahı-Yeni kitab

28-03-2017

“Müəllimlər üçün sosial servislər” kitabının Təqdimatı keçirilib

07-12-2012

“AzInTelecom”un dəstəyilə kitab nəşr edilib

26-06-2023

“Jurnalistika terminləri lüğəti” kitabının təqdimatı keçirildi –Foto

20-07-2016

Rəqəmsal marketinqə aid kitab çap olunub

25-05-2016

Tanınmış şirkət təsisçiləri uğur hekayələrini gənclərlə bölüşüb

07-12-2015

“Delphi 7 və proqramlaşdırma” kitabının təqdimat mərasimi keçirilib

19-11-2009

İnternet hüquqlarına dair elektron kitablar təqdim edilib

24-11-2015

Azərbaycanda İKT ədəbiyyatı nəşr edilib

28-08-2015

55 dərsə Excel-i öyrənmək imkanı- Yeni kitab nəşr edildi

15-08-2016

KoçSistem-in Azərbaycanda yeni mərkəzi açıldı

15-12-2015

Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib

20-07-2016

Süni intellekt etikası üzrə beynəlxalq tədbir keçiriləcək

13-08-2025

“Nar”ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk “B4B” kitabı təqdim olunub

21-05-2025

Jurnalistika terminlərini onlayn əldə etmək mümkün olacaq

21-08-2015

Bakı Ali Neft Məktəbinin rəsmi saytının təqdimatı keçirilib-Foto

16-04-2015

“Azərbaycanın İKT sahəsində ciddi potensial var”- Müsahibə

30-01-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə