KoçSistem-in Azərbaycanda yeni mərkəzi açıldı

15-12-2015 / 14:15

Bu gün Qafqaz Universiteti Texnoparkında İnformasiya texnologiyaları üzrə Türkiyənin aparıcı şirkəti olan KoçSistem Azərbaycan şirkətinin qurduğu Tədqiqat Mərkəzinin açılış mərasimi olub.

Xeberler.az-ın məlumatına görə, açılışda Qafqaz Universitetinin rektoru Professor Doktor Ahmet Saniç çıxış edərək Qafqaz Universitetinin QU texnoparkında   KoçSistem Azərbaycan MMC-nin yeni fəaliyyətə başlamasından məmnun olduğunu bildirib.

O, KoçSistem Azərbaycan MMC-nin yeni fəaliyyətə başlayacaq Mərkəzinin innovativ həllər, xidmətlər təşkil etmək də bu sektora töhfələr verəcəyini bildirib:

“Qafqaz Universiteti illərdir prezident İlham Əliyevin neft potensialını insan kapitalına çevirmək iddialarını həyata keçirir. 5 mindən artıq məzunumuz dünyanın 67 ölkəsində çalışır və ya doktorant təhsili alır. Hazırda Qafqaz Universiteti qeyri-neft sektorunun inkişafı istiqamətində fəaliyyətini artırır. KoçSistem Türkiyə Cümhuriyyətinin yarandığı gündən etibarən Türkiyənin sənayesinə, ticarət sektorlarına böyük fayda verib. KoçSistem-in 70 illik təcrübəsinin Azərbaycana gətirilməsi baxımından bu əməkdaşlıq çox önəmlidir. Universitetdə təhsil alan tələbələr, müəllim heyəti bu təcrübədən yararlanacaq. Bu gün KoçSistem Azərbaycan MMC-nin yeni fəaliyyətə başlayacaq Tədqiqat  Mərkəzi də buna xidmət edəcək, deyə o bildirib.

Açılış mərasimində çıxış edən KoçSistem Azərbaycan-ın baş direktoru Ali Bülent Kutvan Qafqaz Universitetini, xüsusən də QU texnoparkın fəaliyyətini yüksək qiymətləndirib.

O, Mərkəzin əsas məqsədindən danışıb: “Qafqaz Universiteti Texnoparkında KoçSistem Azərbaycan MMC açdığı  Tədqiqat Mərkəzinin əsas mədsədi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının reallaşmasında iştirak etmək, ölkənin rəqəmsallaşması prosesinə dəstək verməkdir. Həmçinin Azərbaycanın bütün bölgələri, ümumiyyətlə Qafqaz bölgəsi üçün özəl və dövlət qurumlar üçün idarəetmə modelləri təqdim etməyə hazırlaşırıq. Biz xidmətimizi daha genişləndirib, qlobal bazara çıxmağı hədəfləyirik. Hədəfimiz yerli məhsullar istehsal etmək və bunu Azərbaycan adı ilə dünyaya təqdim etməkdir”.

O, bildirib ki, məqsədimiz qeyri-neft sektorunun inkişaf etdirməkdir: “Prezident İlham Əliyevin qərarı var ki,  ölkədə qeyri-neft sektoru  inkişaf etsin. Biz də bu qərardan yola çıxırıq. İstehsal edəcəyimiz məhsullar türk məhsulu yox, məhz Azərbaycan məhsulu kimi dünya bazarına çıxarılacaq. Hazırda şirkət 15 orjinal məhsulunu  Azərbaycan bazarına uyğunlaşdırmağa çalışır. əqsədimiz, ölkənin rəqəmsallaşması prosesinə dəstək verməkdir. Həmçinin Azərbaycanın bütün bölgələri, ümumiyyətlə Qafqaz bölgəsi üçün mobil və dövlət qurumları üçün idarəetmə modelləri təqdim etməyə hazırlaşırıq. Biz xidmətimizi daha genişləndirib, qlobal bazara çıxmağa hazırlaşırıq. Hədəfimiz yerli məhsullar istehsal etmək və bunu Azərbaycan adı ilə dünyaya təqdim etməkdir. Mərkəzin Azərbaycanda sənayenin inkişafında böyük rol oynayacağına ümid edirəm ”, deyə o çıxışında vurğulayıb.

 Tədbirdə çıxış edən millət vəkili Ziyad Səmədzadə Qafqaz Universitetinin yarandığı gündən innovativ düşüncələrin inkişaf etməsində böyük rol oynadığını bildirib. O, yaradılan yeni mərkəzin də bu baxımdan vacib rol daşıdığını deyib. O vurğulayıb ki, Azərbaycanda innovativ iqtisadiyyatın, innovativ düşüncələrin inkişafı istiqamətində qanunvericilik bazasının təkmilləşməsi istiqamətində çalışacağıq:

“Dünya miqyasında normal fəaliyyət göstərməyin şərtlərindən biri də rəqabətədavamlı sənaye sahəsini yaratmaqdır. Son illərdə bu istiqamətdə Azərbaycanda çox güclü işlər gedir. Dünyada baş verən qlobal sarsıntılara baxmayaraq Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir. 2016-cı ildə müstəqilliyimizin 25 ilini qeyd edəcəyik. 25 il ərzində həm başımıza çoxlu bəlalar gəldi. Buna baxmayaraq güclü yeni iqtisadi sistem, liberal münasibətlərə əsaslanan bazar iqtisadiyyatı qura bildik”.

O, qeyd edib ki, Azərbaycanın gələcəyi sənayenin inkişafı istiqamətindədir: “Düşüncələrimizi sənayenin inkişafına yönəltməliyik. Kiçik, orta, iri müəssisələri yaratmaq lazımıdır ki, iş yerləri açılsın. Ən böyük sərvətimiz insan kapitalıdır və insan kapitalının formalaşması üçün sağlam şəkildə fəaliyyət göstərmək lazımdır”.

Azərikimya İstehsalat Birliyinin Müşahidə Şurasının şəri, millət vəkili Muxtar Babayev çıxışında bildirib ki, Qafqaz Universitetinə yaxşı kadr mənbəyi kimi baxırıq.

 

Onun sözlərinə görə, bu Universiteti bitirən onlarla mütəxəssis kimya zavodlarında çalışır. “Hesab edirəm ki, bugünkü mərkəzin açılışı tələbələrin hazırlanmasında öz faydasını verəcək”, deyə o əlavə edib.

Tədbirdə KoçSistem Türkiyə Araşdırma –Gəlişdirmə və İş Uygulamaları üzrə direktor Ömər Özgür KoçSistemin fəaliyyətindən danışıb:

“ 2001-ci ildə ODTÜ Texnoparkında-də başladığı ARGE xüsusiyyətli fəaliyyətlərinə 2008-ci ildə İstanbulda meydana gətirdiyi Türkiyənin proqram təminatı sahəsindəki ilk və ümumi mənadakı 16-cı ARGE və İnnovasiya Mərkəzi ilə davam edir. KoçSistem ARGE və İnnovasiya Mərkəzi, sabahın ehtiyaclarına bu gündən həll yaradan 100-dən çox ARGE mühəndisi  ilə gələcəkdə yerli və qlobal bazarların tələbinə, həm sektorun, həm də ölkəmizin inkişafına xidmət edəcək və rəqabət üstünlüyü təmin edəcək layihələr icra edir. Bu gün QUtechnoparkda açılışını etdiyimiz  Tədqiqat Mərkəzini bu istiqamətdə fəaliyyət göstərəcək. Tələbələr burada təcrübə keçəcək, parttaym içləyəcək,  bizdə gənclərin yeni ideya və fikirlərindən istifadə edəcəyik.

O, qeyd edib ki, hazırda KoçSistem Azərbaycan MMC olaraq ölkənin İT bazarında  yeni innovativ həllər təqdim etməyə hazırlaşırıq: “Şirkətin yeni məhsullarını arasında bulud texnologiyaları, şirkətin vahid idarəetmə sistemləri, zavod və fabrik avadanlıqlarını mobil qurğular və internet üzərindən idarə edilməsi və s. kimilər daxildir. Bu məhsulları Azərbaycan bazarına uyğunlaşdırmaqla yanaşı, yeni qlobal texnoloji məhsullar istehsal etmək istiqamətində çalışırıq”.

Tədbirdə Mərkəzin qurulmasında roluna elmi innovasiyaların və yüksək texnologiyaların inkişafına verdikləri töhfəyə eləcə də açılış mərasiminə təkliflərinə görə KoçSistem Azərbaycan-ın  baş direktoru Ali Bülent Kutvan, Koç Sistem Türkiyə Araşdırma –Gəlişdirmə və İş Uygulamaları üzrə direktor Ömər Özgür, Koç Sistem Türkiyə Araşdırma –Gəlişdirmə və İş Uygulamaları üzrə Qrup yöneticisi Sibel Arıkanı kürsüyə dəvət edilib.

Plaketlər Qafqaz Universitetinin rektoru Professor Doktor Ahmet Saniç tərəfindən onlara təqdim olunub. 

 

 

 

Mirvari Nəcəf


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə