Azercell 2019-cu ildə rebrendinq edəcək

04-12-2018 / 17:54

"Azercell Telekom" MMC bu il bazar payını 1% artıraraq 49%-ə çatdırıb”.

Xeberler.az  bildirir ki, bunu Bakutel sərgisində şirkətin prezidenti Vahid Mürsəliyev deyib.

V.Mürsəliyevin sözlərinə görə, rəhbəri olduğu şirkət müştərilərə daha keyfiyyətli xidmət göstərmək üçün fəaliyyətini davam etdirib: "Şirkətin brendinin dəyişməsi ilə bağlı addımlar atılır. 2019-cu ildə rebrendinq olacaq və müştərilərimizə yeni brendlə xidmət göstərəcəyik".

Qeyd edək ki, hazırda "Azercell"in loqosu keçmiş səhmdarı "Telia Sonera"nın loqosuna bənzəyir. Bu ilin Mart ayından "Azercell"in səhmdarı Azərbaycan dövlətinə aid "Azintelecom" şirkətidir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.