Azercell abunəçilərinin ünvanına özü gedəcək

15-09-2015 / 16:45

Azercell Telekom abunəçiləri üçün Mobil Müştəri Xidmətləri layihəsi çərçivəsində daha bir yeniliyi təqdim edir.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, artıq 14 sentyabr tarixindən etibarən Azercell Ekspres və Müştəri Xidməti Mərkəzlərinə müxtəlif səbəblərdən gələ bilməyən abunəçilərin yanına Azercell özü gələcək. Belə ki, Mobil Müştəri Xidmətlərinin sifariş edilməsi üçün abunəçi Bakı və Gəncə Telefon Mərkəzinə zəng və ya abunəçinin adından Bakı Ön ofisinə nümayəndəsi şifahi müraciət edərək sifariş edə bilər. 15 AZN təşkil edən bu xidmət çərçivəsində abunəçinin müraciətinə uyğun olaraq 5-ə qədər müxtəlif əməliyyat icra edilə bilər. Xidmətin Bakı şəhəri (ətraf kəndlər daxil) ərazisində abunəçinin faktiki olduğu yerdə, şirkətdaxili ümumi qaydalara uyğun olaraq göstərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu ilin aprel ayında yaradılan Mobil Müştəri Xidmətləri Azərbaycanın rayon və şəhərlərinə səfər edərək vətəndaşların  istək və gözləntilərni rahat və operativ şəkildə həyata keçirib. Səfərlər zamanı abunəçilərə Müştəri Xidmətləri və AzEx ofislərində Azercell tərəfindən təqdim olunan bütün xidmətlər göstərilib.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.