Previous Next
Bağla

Azercell yaşlı abunəçilərinə Mobil Müştəri Xidmətlərini təmənnasız təqdim edir

25-03-2020 11:10
Azercell yaşlı abunəçilərinə Mobil Müştəri Xidmətlərini təmənnasız təqdim edir

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar dünyada müşahidə olunan gərgin vəziyyətdə abunəçilərini diqqət mərkəzində saxlamağa davam edir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırda ölkədə xüsusi karantin rejimi elan edildiyini nəzərə alaraq, mobil operator mart ayının 24-dən etibarən 65 yaşdan yuxarı olan abunəçilərinə Azercell-in Müştəri Xidmətlərindən evlərini tərk etmədən yararlanmaq imkanı təklif edir. Belə ki, şirkətin bu kateqoriyaya aid olan bütün müştəriləri Azercell-in Onlayn Müştəri Xidmətləri və ya Telefon Mərkəzinə müraciət edərək, şirkətin Mobil Müştəri Xidmətlərindən təmənnasız istifadə edə biləcəklər. İlkin mərhələdə Bakı şəhəri və Abşeron yarımadasının yaşı 65-dən yuxarı olan abunəçilər üçün ödənişsiz istidadəyə verilən Mobil Müştəri Xidmətləri yaxın günlərdə Azercell-in bölgələrdə yaşayan müştəriləri üçün də əlçatan olacaq.

Xeberler.az bildirir ki, ölkədə tətbiq edilən sosial izolyasiya tədbirlərinə riayət edilməsini rəhbər tutaraq, Azercell- in Onlayn Müştəri Xidmətləri və ya Telefon Mərkəzinin əməkdaşları müştəriyə bütün lazımi dəstəyi  göstərməyə çalışacaq və yalnız zəruri hallarda (sim-kart dəyişikliyi kimi servislər) müraciət şirkətin Mobil Müştəri Xidmətlərinə yönləndiriləcək. Onu da vurğulayaq ki, “Azercell Telekom” MMC əhalinin və əməkdaşlarının sağlamlığının qorunması, həmçinin COVID-19 virusunun yayılmasının qarşısının alınması çərçivəsində müvafiq preventiv tədbirlər görərək, Mobil Müştəri Xidmətlərini, eləcə də abunəçilərlə təmasda olan bütün əməkdaşlarını ölkədə tətbiq edilən xüsusi rejim qaydalarına riayət edilməsi barədə təlimatlandırıb, onları maska, əlcək, antiseptik vasitələr və qoruyucu geyimlə təmin edib. Eyni zamanda, Azercell-in Müştəri Xidmətləri ofislərində masaüstü şüşə arakəsmələr quraşdırılıb.

Xatırladaq ki, Azercell-in Bakı və bölgələrdə çalışan Müştəri Xidmətləri Mərkəzləri, Azercell Eksklüziv və Azercell-in rəsmi diler məntəqələrində mütəmadi olaraq dezinfeksiya tədbirləri həyata keçirilir. Xidmət mərkəzləri xüsusi iş rejimində çalışaraq hər gün 09:00-dan 18:00-a qədər fəaliyyət göstərir.
 
Azercell öz abunəçilərinə ev şəraitindən ayrılmamaları və kütləvi insan axınının mövcud olduğu yerlərə baş çəkməmələri üçün şirkətin aşağıdakı alternativ xidmət kanallarından istifadə etməyi tövsiyə edir:  
 
• Online Müştəri Xidmətləri  https://www.azercell.com/az/;

• “Kabinetim” Mobil tətbiqi və onun tərkibindəki çat xidməti https://www.azercell.com/my/login;

• Azercell-in rəsmi Facebook, Twitter və Instagram səhifələri;

• Azercell Telefon Mərkəzi:

- Fakturalı Xətt Abunəçiləri: +994(012) 4905252 şəhər nömrəsi və ya 6565/*1111 qısa nömrələri

- Fakturasız Xətt (SimSim) Abunəçiləri: +994(012) 4904949 şəhər nömrəsi və ya 2002/*1111 qısa nömrələri

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercellin xidmət mərkəzləri xüsusi iş rejiminə keçib

Azercellin xidmət mərkəzləri xüsusi iş rejiminə keçib

16-03-2020
Azercell-in Səyyar Müştəri Xidmətləri işini fasiləsiz davam etdirir

Azercell-in Səyyar Müştəri Xidmətləri işini fasiləsiz davam etdirir

26-08-2020
Azercell-dən musiqi sevərlərə yeni il hədiyyəsi

Azercell-dən musiqi sevərlərə yeni il hədiyyəsi

28-12-2018
Azercell “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini təmənnasız təqdim edir

Azercell “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini təmənnasız təqdim edir

10-04-2020
Azercell-dən Ukraynadakı abunəçilərinə dəstək!

Azercell-dən Ukraynadakı abunəçilərinə dəstək!

24-02-2022
Azercell-in müştəri məmnuniyyəti üzrə sertifikasiyası uğurla yenilənib

Azercell-in müştəri məmnuniyyəti üzrə sertifikasiyası uğurla yenilənib

28-06-2024
Azercell rominqdə olan abunəçilərinə dəstək olur

Azercell rominqdə olan abunəçilərinə dəstək olur

16-03-2020
Azercell abunəçilərinin ünvanına özü gedəcək

Azercell abunəçilərinin ünvanına özü gedəcək

15-09-2015
Azercell Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 94 faiz təşkil edir

Azercell Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 94 faiz təşkil edir

28-07-2022
Azercell 21 yaşını qeyd edib

Azercell 21 yaşını qeyd edib

16-12-2017
Azercell Müştəri Xidmətləri  Gənclik Mall-da

Azercell Müştəri Xidmətləri Gənclik Mall-da

14-06-2016
Azercell-in Mobil Müştəri Xidmətləri cəbhəyani bölgələrə gedəcək

Azercell-in Mobil Müştəri Xidmətləri cəbhəyani bölgələrə gedəcək

27-04-2015
Azercell-in Onlayn Müştəri Xidmətləri portalı yenilənib

Azercell-in Onlayn Müştəri Xidmətləri portalı yenilənib

14-07-2016
«Azercell» bəzi tətbiqlər üçün pulsuz mobil internet xidmətini ləğv edir

«Azercell» bəzi tətbiqlər üçün pulsuz mobil internet xidmətini ləğv edir

21-09-2022
Azercell Ukrayna istiqamətində tətbiq etdiyi pulsuz zənglərin vaxtını uzadıb

Azercell Ukrayna istiqamətində tətbiq etdiyi pulsuz zənglərin vaxtını uzadıb

09-03-2022
 Azercell-dən abunəçilərinə xəbərdarlıq

Azercell-dən abunəçilərinə xəbərdarlıq

17-08-2022
Azercell-in Müştəri Məmnuniyyəti indeksi 94 faizi ötüb

Azercell-in Müştəri Məmnuniyyəti indeksi 94 faizi ötüb

25-01-2024
Azercell məhsulları artıq Azərpoçt məntəqələrində!

Azercell məhsulları artıq Azərpoçt məntəqələrində!

20-06-2022
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib

Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib

09-06-2026
Azercell Müştəri Xidmətləri artıq Instagram-ın şəxsi mesaj bölümündə!

Azercell Müştəri Xidmətləri artıq Instagram-ın şəxsi mesaj bölümündə!

04-11-2021
Azercell Ukraynadakı vəziyyətlə əlaqədar abunəçilərinə dəstəyini davam etdirir

Azercell Ukraynadakı vəziyyətlə əlaqədar abunəçilərinə dəstəyini davam etdirir

28-02-2022
Azercell yeni konseptli xidmət mərkəzini istifadəyə təqdim edib

Azercell yeni konseptli xidmət mərkəzini istifadəyə təqdim edib

16-01-2019
Azercell yeni kampaniyaya başlatdı

Azercell yeni kampaniyaya başlatdı

13-07-2018
3 ay ərzində 1 milyona yaxın sorğu!

3 ay ərzində 1 milyona yaxın sorğu!

22-04-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə