Previous Next
Bağla

Azercell-in Səyyar Müştəri Xidmətləri işini fasiləsiz davam etdirir

26-08-2020 16:52
Azercell-in Səyyar Müştəri Xidmətləri işini fasiləsiz davam etdirir

COVID-19 pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiqi dövründə də “Azercell Telekom” MMC abunəçilərinə ofislərdə və səyyar şəkildə fasiləsiz xidmət göstərib. Ağır və gərgin iş rejiminə baxmayaraq, şirkətin Müştəri Xidmət Mərkəzləri həm müştərilərin, həm də əməkdaşların səhhətinin qorunması məqsədilə lazımi qoruyucu tədbirlər görərək maksimal təhlükəsiz şəraitdə öz fəaliyyətini davam etdirib.

Xeberler.az bildirir ki, Azercell Müştəri Xidmətləri tərəfindən bu ilin ilk 7 ayında xidmət göstərilən müştərilərin sayı Bakıda 220.000-dən artıq, regionlarda isə 180.000-ə yaxın olub. Ölkədə tətbiq olunan qabaqlayıcı tədbirləri nəzərə alaraq, Azercell öz abunəçilərinə ev şəraitindən ayrılmaması və kütləvi insan axınının mövcud olduğu yerlərə getməməsi üçün alternativ xidmət kanalları təqdim edib. Belə ki, pandemiya dönəmində Azercell-in Mobil Müştəri Xidmətləri tərəfindən abunəçinin istəyinə uyğun olaraq ona birbaşa yaşadığı ünvanda xidmət göstərilib. 5 ay ərzində (1 Mart- 31 İyul 2020) Azercell Mobil Müştəri Xidmət Mərkəzinə 700-ə yaxın müraciət daxil olub. Onlardan 300-dən çoxu 65 yaşdan yuxarı olan abunəçilər təşkil edib ki, bu kateqoriyadan olan vətəndaşlara bütün ölkə boyu Azercell tərəfindən pulsuz xidmət göstərilib. 

Qeyd edək ki, sərt karantin rejiminin tətbiq olunduğu müddətdə Azercell Müştəri Xidmət ofisləri xüsusi rejimdə işlədiklərindən, abunəçilərin məsafəli qalması və daha təhlükəsiz şəraitdə xidmət göstərilməsi üçün bəzi hallarda elektron növbə tətbiq olunmayıb. Buna görə həmin dövrdə Müştəri Xidmət Mərkəzlərində qəbul edilən və xidmət göstərilən real abunəçi sayı qeyd olunandan qat-qat çoxdur. Azercell-in Bakı və bölgələrdə çalışan Müştəri Xidmətləri Mərkəzlərində pandemiyanın ilk günlərindən bu günə qədər zəruri tədbirlər görülür. Xidmət işçiləri və müştərilərin istifadəsi üçün içində antiseptik gel olan dozatorlar quraşdırılıb. Yalnız Müştəri Xidmət Mərkəzlərində deyil, ümumiyyətlə Azercellə məxsus olan ofislərdə mütəmadi olaraq dezinfeksiya işləri aparılır, ofislərə girişdə hərarət kontaktsız rəqəmsal termometrlə ölçülür. Müştərilərlə təmasda olan əməkdaşlara, səyyar xidmət də daxil olmaqla, qoruyucu maskalar və əlcəklər təqdim edilir.

COVID-19 virusunun yayılmasının qarşısının alınması, əməkdaşların və müştərilərin sağlamlığının qorunması məqsədilə bir sıra Müştəri xidmətləri (Q. Qarayev pr. 81, B. Bağırova 2, H.Z. Tağıyev 26A ünvanlarında yerləşən) ofislərində masaüstü şüşə arakəsmələr qoyulub. B. Bağırova 2 ünvanında yerləşən xidmət mərkəzinin önündə isə küçədə növbə gözləyən abunəçiləri gündən qorumaq üçün tent quraşdırılıb.

Azercell Telekom hər bir şəraitdə müştərilərinə ən yüksək səviyyədə xidmət göstərməyə hazırdır. Lakin abunəçilərin sağlamlığının qorunması məqsədilə distant xidmət kanallarına – Azercell-in çoxfunksional  “Kabinetim” tətbiqindən və Onlayn Müştəri Xidmətlərindən - yararlanmaq, yalnız zəruri hallarda Müştəri Xidmət Mərkəzlərinə müraciət etməsi tövsiyyə  olunur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell yaşlı abunəçilərinə Mobil Müştəri Xidmətlərini təmənnasız təqdim edir

25-03-2020

Azercellin xidmət mərkəzləri xüsusi iş rejiminə keçib

16-03-2020

Azercell-in Mobil Müştəri Xidmətləri cəbhəyani bölgələrə gedəcək

27-04-2015

Azercell Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 94 faiz təşkil edir

28-07-2022

Azercell abunəçilərinin ünvanına özü gedəcək

15-09-2015

Azercell Müştəri Xidmətləri Gənclik Mall-da

14-06-2016

Azercell ASAN xidmət-in 3 ofisində öz mərkəzini yaradıb

14-04-2017

Azercell yeni konseptli xidmət mərkəzini istifadəyə təqdim edib

16-01-2019

"Azercell" müştəri müraciətlərinin operativ cavablandırma sistemini tətbiq edib

22-01-2021

Azercell “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini təmənnasız təqdim edir

10-04-2020

Azercell təhlükəsizlik təhlükəsizik tədbirlərini gücləndirir

03-04-2020

Azercell 21 yaşını qeyd edib

16-12-2017

Azercell Asan İmza xidmətinin aktivləşdirilməsinə dəstək olmağa davam edir

03-03-2023

“Azercell” yeni mükafata layiq görülüb

02-03-2021

Azercell diler və eksklüziv mağazalarında xidmət keyfiyyətini artırır

17-12-2018

“Nar” abunəçilərinə səyyar və onlayn xidmət göstərməkdə davam edir

01-05-2020

Azercell-in Müştəri Məmnuniyyəti göstəricisi son altı ayda 90 faizi keçdi

17-08-2020

Azercell Ekskluziv indi Ağcabədidə

10-10-2018

Azercell-dən fiziki məhdudiyyətli abunəçilərə xüsusi qayğı

03-09-2018

Azercell növbəti dəfə beynəxalq sertifikata layiq görülüb

29-07-2020

Azercell abunəçiləri arasında sorğu keçirib

09-08-2018

Azercell Mobil Müştəri Xidmətləri Şuşada

25-09-2021

Azercell məhsulları artıq Azərpoçt məntəqələrində!

20-06-2022

Cocuq Mərcanlıda Azercell hər evə gəldi

10-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə