Azercell-dən yeni smartfon kampaniyası

02-05-2017 / 15:13

Azercell Telekom 4,5 milyonluq abunəçi ailəsi üçün ilkin ödənşsiz, çox sərfəli yeni kampaniyaya başlayır.

Belə ki, 01.05.2017-ci il tarixindən etibarən “1001 Smartfon kampaniyası” çərçivəsində abunəçilər iPhone 7 və iPhone 5S kimi 4G-dəstəkli smartfonları uyğun olaraq cəmi 89 AZN və 55 AZN-dən başlayan qiymətə əldə etmək imkanı qazanır.

Xeberler.az-ın məlumatına görə, abunəçilərinə sərfəli qiymətlərlə iPhone 7 və iPhone 5S smartfonlarını əldə etmək imkanı yaradan Azercell eyni zamanda onlara hədiyyə olaraq iri həcmli internet paketlərindən (5GB/10GB/Limitsiz) yararlanmaq və ölkədaxilində sərfəli zəng etmək (1dəq=0.06AZN) üstünlüyünü də verir.

Kampaniyaya qoşulmaq üçün, abunəçilər Baki və bölgələrdə yerləşən Azercell Müştəri Xidmətləri Ofislərinə yaxınlaşıb mövcud  təkliflərdən birini seçə bilərlər. 

Onu da qeyd edək ki, Azercell  iPhone 7 və iPhone 7 Plus smartfonlarının Azərbaycanda rəsmi satışını təqdim edən yeganə mobil operatordur.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.