Bir neçə gün öncə ölkənin lider mobil operatoru Azercell Telekom iPhone 7 və iPhone 7 Plus smartfonlarının Azərbaycanda rəsmi təqdimatçısı kimi abunəçilərinə yeni cəlbedici təklifi barədə elan verib.
Xeberler.az-ın məlumatına görə, dünən təqdimat mərasimi keçirilib.
Tədbirdə Azercell-in icraçı direktoru Vahid Mürsəliyev çıxış edərək deyib ki, şirkət Azərbaycanda yeni iPhone məhsullarını birbaşa istehsalçıdan alan ilk mobil operatordur:
"Azecell bu gündən iPhone 7 və iPhone 7 Plus-un ölkədə idxalına başlayır. Bunu etməkdə məqsədimiz müştərilərimizin mobil xidmətlərdən daha opreativ istifadəsini təmin etməkdir”.
Onun sözlərinə görə, bir həftə ərzində Azercell-də onlayn iPhone sifarişi 600-ü keçib.
Qeyd edək ki, dünəndən etibarən Azercell-in bütün müştəriləri güzəştli şərtlərlə iPhone 7 telefonuna sahib olmaq üçün ayda cəmi 89 AZN ödəməklə ən müasir smartfon və 30GB həcmində Hədsiz İnternet paketini əldə edə bilər.
Beləliklə, ən müasir smartfonu əldə etmək istəyən abunəçilər 4 noyabr tarixlərindən Azercell-in Z.Tağıyev 18, B.Bağırova 2, 28 May 33A ünvanlarında yerləşən Müştəri Xidmətləri Mərkəzlərinə yaxınlaşıb bu sərfəli təklifdən yararlana bilər. Onu da bildirək ki, telefonların sayı məhduddur.
Qeyd etmək lazımdır ki, iPhone 7 və iPhone 7 Plus mobil telefonları iPhone-nun ən yeni nəsil modelləri olub, yeni kamera sistemi, ən uzun ömürlü batareya və suya/toza davamlılığı ilə seçilir.
Azercell şirkəti bundan sonra da abunəçilərini yeni sərfəli kampaniya və xidmətlərlə sevindirməkdə davam edəcək.
Məltəm Talıbzadə
Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri