Azercell növbəti dəfə beynəlxalq sertifikat alıb

27-05-2015 / 17:46

Azərbaycanın mobil operatoru Azercell Telekom daha bir uğura imza atıb.

Xəbərlər-in verdiyi məlumata görə, şirkət bu dəfə sosial şəbəkələrin monitorinqini keçirən “Socialbakers” şirkətinin təsis etdiyi “SocialBakers Engage Award” mükafatına layiq görülüb. Mükafat mayın 20-22 –də Cexiyanın paytaxtı Praqada keçirilən “Engage Prague 2015” konfransında Azercell-ə təqdim olunub.

Marketinq sahəsində ən mötəbər auditoriyanı bir yerə toplayan dünya səviyyəli konfransda dünyanın müxtəlif ölkələrindən marketoloqlar, şirkət rəhbərləri, marketinq üzrə direktorlar və sosial-innovativ marketinq üzrə mütəxəssislər iştirak edib.  Dünyanın mötəbər məruzəçilərinin çıxış etdiyi və Twitter-də daim ən popular mövzuya çevrilən bu konfransa canlı olaraq 1000, onlayn şəkildə isə minlərlə iştirakçı qatılıb.

Konfransda 2014-cü ildə dünyada sosial media sahəsində lider olan şirkətlər mükafatlandırılıb. Azercell bu mükafatı əldə edən ilk mobil operator olub. 2014-cü ilin ikinci  rübündə Azercell Azərbaycanda ilk dəfə olaraq sosial şəbəkələrdə 100 faiz cavablama nəticəsini əldə edərək rekord göstəriciyə imza atıb.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.