“Azercell”in təşəbbüsü ilə hazırlanan və sosial mediada milyonlarla baxış toplayan #QadınDediyin layihəsi növbəti beynəlxalq mükafata layiq görülüb. İndiyədək bir neçə nüfuzlu beynəlxalq festivallarda qalib olan layihə bu dəfə Şərqi Avropanın ən böyük yaradıcı festivallarından biri olan “White Square”də “For Bravery” özəl mükafatını alıb.
“For Bravery” mükafatı hər il cəmiyyətin önəmli problemlərini işıqlandıran ən cəsarətli layihələrə təqdim olunur. Bu il Minskdə keçirilən “White Square” festivalında dünyanın 30-dan çox ölkəsindən 1000-dən çox nümayəndə iştirak edib. Onlar arasında #QadınDediyin çarxının xüsusi qiymətləndirilməsi bu layihənin dünya miqyasında əhəmiyyətli mövzuya toxunduğunu təsdiqləyir.
Qadın hüquqlarının müdafiəsi kimi həssas bir mövzuya həsr olunan bu layihədə cəmiyyətimizdə zərif cins nümayəndələri ilə bağlı stereotiplər və bu yanaşmanın dəyişdirilməsi zərurətindən bəhs edir. Milli Olimpiya Komitəsi və “Azercell” arasındakı əməkdaşlıq nəticəsində yaranan layihədə öz həyat hekayələri ilə bu stereotipləri qıran uğurlu azərbaycanlı qadın idmançıları iştirak ediblər. Onlar öz hədəflərinə doğru əzmkarlıqla addımlamaqla, inkişafa, təhsilə, uğura gedən yolda sərhədlərin olmadığını sübut ediblər.
Ötən il yayımlanan bu layihə sosial şəbəkələrdə geniş əks-səda yaradıb. Nüfuzlu influenserlər və bloqqerlər tərəfindən dəstəklənən layihə sosial şəbəkələrdə 85%-i müsbət geri dönüş olmaqla, ümumilikdə 3.8 milyon insana çatdırılıb. Beləliklə, Azərbaycan reklam tarixinin ən cəsarətli kampaniyalarından birinə çevrilən #QadınDediyin layihəsi həm yerli, həm beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə bacarıb.
Qeyd edək ki, Azercell şirkətinin KSM sahəsində həyata keçirdiyi təşəbbüslər indiyədək dəfələrlə yerli və beynəlxalq müsabiqələrdə ali mükafatlara layiq görülüb. #QadınDediyin layihəsi bundan əvvəl Orta Asiyada marketinq, reklam və kommunikasiya sahəsinin ən nüfuzlu müsabiqələrindən sayılan “Red Jolbors” festivalında iki yüksək mükafat alıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri