Previous Next
Bağla

Azercell bir daha sosial şəbəkələrdə lider oldu

04-08-2016 16:13
Azercell bir daha sosial şəbəkələrdə lider oldu

Heç kimə sirr deyil ki, sosial şəbəkələr müxtəlif məhsul və xidmət istifadəçisi olan adi insanların həyatına o qədər nüfuz edib ki, artıq dünya təcrübəsi məhz sosial media kanalları vasitəsilə istehlakçı istəklərinin həll edilməsi dövrünün gəlib çıxdığını göstərir.  Azərbaycanda mobil operatorlar arasında məhz Azercell Telekom sosial şəbəkələrdə olan potensialı üzə çıxarıb, ilk dəfə 2008-ci ildə Facebook-da və bir ildən sonra, 2009-cü ildə Twitter sosial şəbəkəsində rəsmi səhifəsini yaradıb. Səhifələrin yaradılmasından başlayaraq məhz Azercell sosial media meydanına yalnız məlumatlandırma vasitəsi kimi deyil, həm də müştərilərlə əlaqə və onlara dəstək vasitəsi kimi yanaşıb. Sosial şəbəkələrdə rəsmi səhifəsini yaratdığı zamandan etibarən Azercell ənənəvi xidmət kanalları ilə yanaşı, sosial media üzərindən də keyfiyyətli müştəri xidmətlərini təklif etməyə başladı. Belə ki, bir çox abunəçilər hansısa bir xidmət, məhsul haqqında məlumat almaq, hansısa xırda problemlə bağlı bilgi toplamaq üçün müştəri xidmətlərinə yox, ilk olaraq Facebook və ya Twitter səhifələrə üz tuturlar.

Azercell-in sosial şəbəkələrdə, xüsusilə, bu gün də ən populyar media olan Facebook-da aktivliyi diqqətdən kənarda qalmır. 2016-cı ilin aprel-iyun ayları ərzində Azercell-in rəsmi Facebook səhifəsinin lövhəsinə digər mobil operatorlara nisbətən abunəçilər tərəfindən daha çox sual ünvanlanıb və həmin sualların biri də cavabsız qalmayıb. Məhz bu 100% cavablama göstəricisinə görə şirkət bir daha Socialbakers beynəlxalq tədqiqat təşkilatından xüsusi “Socially Devoted” sertifikata layiq görülüb.

Qürurla qeyd edirik ki, Azercell yalnız Facebook-da deyil, mövcud olduğu bütün sosial şəbəkələrdə abunəçilərin suallarına böyük diqqətlə yanaşır: Twitter, Instagram, Disput.az, Youtube, Google+ şəbəkələrində öz müştərilərinə yüksək səviyyəli xidmət nümayiş etdirir.

Qeyd olunan aylar ərzində ölkəmizin mobil operatorları arasında yalnız Azercell Twitter-də 83%-lik cavablama göstəricisi ilə Socially Devoted sertifikatını əldə edib. Ümumiyyətlə, indiyədək Azercell sosial şəbəkədəki keyfiyyətli fəaliyyətinə görə bu qurum tərəfindən dəfələrlə sertifikat alıb.

Bir sözlə, Azercell-in hər bir müştərisi şirkətin sosial şəbəkələrdəki istənilən səhifəsinə müraciət etməklə operativ peşəkar yardım alacağına əmin ola bilər.

Xeberler.az

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-dən növbəti uğur

30-10-2017

Azercell növbəti dəfə Socially devoted sertifikatına layiq görülüb

06-02-2019

Azercell sosial şəbəkələrdə liderliyini qoruyur

22-02-2016

Azercell Facebook-da birinci oldu

13-03-2015

Azercell sosial şəbəkələrdə liderliyini qoruyur

27-01-2017

İnstagram Azercell-in səhifəsini rəsmi olaraq təsdiq etdi

05-01-2019

Azercell sosial mediada liderliyini qoruyur

25-08-2017

Azercell Socially Devoted sertifikatına layiq görülüb

20-07-2018

Azercell sosial şəbəkələrdə liderliyini qoruyur

15-05-2017

Azercell Müştəri Xidmətləri artıq Instagram-ın şəxsi mesaj bölümündə!

04-11-2021

Azercell abunəçiləri arasında sorğu keçirib

09-08-2018

Azercell-in Instagram izləyicilərinin sayı 200 000 oldu!

03-04-2024

Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib

27-02-2026

Bakcell növbəti beynəlxalq sertifikata layiq görülüb

20-06-2018

Azercell növbəti dəfə beynəlxalq sertifikat alıb

27-05-2015

Azercell Müştəri Xidmətləri Gənclik Mall-da

14-06-2016

Azercell-in rəsmi Facebook səhifəsi açılmır

18-08-2015

Azərbaycanın ilk Müştəri Dəstək Xətti - 20 il

02-11-2018

“Azercell” Facebook səhifəsinin 10.000-ci üzvünü mükafatlandırıb

03-10-2010

Bakcell sosial şəbəkə üzrə yenidən sertifikat aldı

31-10-2017

Azercell Paycell xidməti üzrə göndərilən sorğuların xidmət haqqını dayandırır

22-04-2020

Bakcell növbəti dəfə yüksək nəticə göstərdi

13-09-2018

Bakcell sosial şəbəkələrdə abunəçi sorğularını 100 faiz cavablandırıb

15-01-2019

Azercell-dən bol hədiyyəli yubiley ayı!

18-12-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə