Azerspace-2 Kuru kosmodromuna gətirilib

09-08-2018 / 12:37

Bu ilin sentyabr ayında orbitə buraxılması planlaşdırılan Azerspace-2 peyki artıq Fransız Qvianasında yerləşən Kuru kosmodromuna gətirilib.

Azərkosmos ASC-dən verilən məlumata görə, peyk Space Systems/Lora (SSL) şirkəti tərəfindən yüksək etibarlı SSL 1300 peyk platforması əsasında istehsal olunub.

Azerspace-2 peyki Arianespace şirkətinə məxsus Ariane-5 daşıyıcı raketi ilə orbitə buraxılacaq. Peyk 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək. Azerspace-2 peykinin orbitdə istismar müddəti minimum 15 il təşkil edəcək.

Bildirək ki, Azerspace-2 peykinin orbitə çıxarılmasını təmin etmək məqsədilə daşıyıcı raketin hazırlanması üzrə aparılan son işlər qrafikə uyğun davam etdirilir. Yeni peykin istismarı üçün Bakıda və Naxçıvan MR-də yerüstü infrastrukturun yenilənməsi ilə bağlı işlər artıq yekunlaşıb.

Qey edək ki, Azerspace-2 peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Yeni peyk Azərkosmosun xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı birinci telekommunikasiya peyki – Azerspace-1 peykinin orbitdəki ehtiyatı olacaq. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.