Bakcell MEGOGO ilə əməkdaşlığa başlayıb

11-04-2019 / 13:16

Bakcell şirkəti məşhur MEGOGO video xidməti ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində Bakcell abunəçiləri 10 minə qədər lisenziyalı film, cizgi filmi, televiziya serialı və digər video məzmuna 12 aya qədər Pulsuz baxmaq imkanı qazanıblar.

Xeberler.az  bildirir ki, MEGOGO MDB ölkələri və Şərqi Avropa regionunun ən böyük beynəlxalq OTT/VOD xidmətləri təminatçısıdır. Bakcell və “MEGOGO”nun birgə eksklüziv təklifində ən vacib məqamlardan biri də bu paketə Azərbaycan dilinə dublyaj edilmiş 400-dən çox filmin daxil edilməsidir. Xidmətə bütün Bakcell abunəçiləri qoşula bilər (Cin, Klass və Biznes individual). Bu fürsətdən yararlanmaq üçün müştərilər öz Bakcell nömrələri ilə www.megogo.net  Internet səhifəsində və ya “Google Play Store” və “Appstore”dan yüklənilən MEGOGO mobil tətbiqetməsində qeydiyyatdan keçməlidir. Abunəçinin qoşulduğu tarif paketindən asılı olaraq xidmətə 6-12 ay arasında pulsuz abunəlik təqdim edilir. PULSUZ istifadə müddəti bitdikdən sonra abunəçilər xidmətdən ayda cəmi 3 AZN xidmət haqqı ödəməklə yararlana bilərlər.

Qeyd edək ki, bu tərəfdaşlıq çərçivəsində MEGOGO xidmətindən 5 fərqli cihazda və 30-dan çox cihaz platformasında istifadə etmək mümkündür. Xidmətdən istifadə etmək üçün kəsintisiz internet bağlantısı (mobil və yaxud stasionar) tələb olunur. Bu eksklüziv təklif və Bakcell şirkətinin digər sərfəli məhsul və xidmətləri barədə daha ətraflı məlumat www.bakcell.com səhifəsində yerləşdirilib. Bakcell öz abunəçilərini rəqəmsal müştəri təcrübəsi ilə yanaşı ən yeni məhsul və xidmətlərlə təmin edir. Şirkət bunun üçün zəruri olan sürətli və yüksək keyfiyyətli mobil rabitə şəbəkəsini qurmağa nail olub.

MEGOGO MDB ölkələri və Şərqi Avropa regionunun onlayn video və TV üzrə ən böyük OTT/VOD xidmətləri təminatçısıdır. Xidmətin aylıq auditoriyası 50 milyon unikal tamaşaçıdan ibarətdir və bazasında 10 000-dən artıq kino və serial, 1500-dən artıq cizgi və animasiya filmi, 45 000-dən çox TV verilişi, konsertlər, kliplər və 20 000-dən çox xəbər proqramı daxil olmaqla 77 000-dən artıq video mövcuddur. Xidmətdən iOS, Android və Windows platformaları üzərindən işləyən bütün cihazlar və Smart TV funksiyası olan televizorlarda istifadə etmək olar. Xidmət vasitəsilə həmçinin populyar TV kanalları və “MEGOGO”nun öz interaktiv kino kanallarına baxmaq mümkündür.

Kinoya aid müxtəlif tədbirlərin ənənəvi partnyoru olan MEGOGO sosial layihələrdə də aktiv iştirak edir. Belə layihələrin biri eşitmə qabiliyyəti zəif olan insanlar üçün keçirilən “Watch the Sound” layihəsidir. Bu təşəbbüs çərçivəsində MEGOGO işarə dili üzrə tərcümə studiyasını təşkil edib. Həmin studiya sayəsində eşitmə qabiliyyəti zəif olan insanlar üçün minlərlə kino və cizgi filmi işarə dilinə tərcümə olunub və 100% kontentin işarə dilində təqdim olunan xüsusi interaktiv kanal yaradılıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.