İstədiyiniz filmləri Ailə Cinema-da izləyin

29-12-2015 / 13:14

Ailə TV  daha bir yenilik edib.

Caspian Telecom -dan Xeberler.az-a verilən məlumata görə,  Ailə TV Player sahibləri istədikləri film, serialları və maraqlı videoları Ailə Cinema bölməsindən öz televizorlarında izləyə biləcək.

Megogo.net videoservisi tərəfindən Ailə TV üçün hazırlanan Ailə Cinema bölməsi daha da təkmilləşdirilərək funksional imkanları genişləndirilib.

Qeyd edək ki, Ailə Cinema-da üç film paketi mövcuddur: Premyeralar, Megogo+ və Filmlər.

Filmlər paketindən istifadə tamamilə pulsuzdur, burada yüksək keyfiyyətdə orijinal filmlər toplanıb və mütəmadi olaraq yenilənir. Bütün Ailə TV Player sahibləri aylıq abunə keçirmədən belə Ailə Cinema-dan istifadə edə biləcək.

 Premyeralar paketində ən son filmləri Megogo+ paketində isə seçmə ödənişli filmləri izləmək olar.

Satış qiyməti 50 AZN təşkil edən Ailə TV Player qurğuları istənilən televizoru Smart TV funksiyaları ilə təchiz edir və dünyanın istənilən yerindən həm yerli həm də xarici telekanalları seyr etmək imkanı yaradır.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.