Bakcell şirkəti diler şəbəkəsi vasitəsilə öz xidmətlərini genişləndirir

14-12-2010 / 17:44

Azərbaycanda ilk mobil operator olan Bakcell şirkəti müştərilərinə "Daha yaxın olaq" fəlsəfəsinə sadiq qalaraq daima inkişaf edir. Bu strategiyaya uyğun olaraq, Bakcell yeni Dilerlər Vasitəsilə Müştəri Xidməti və Gold Satışı layihəsinə başlayıb.

Bakcell müştəri xidmətləri məntəqələrinin sayını artırıb. İndi Bakcell abunəçiləri Azərbaycan üzrə 96 satış nöqtəsində şirkətin xidmətlərindən istifadə edə bilər. Bu satış məntəqələrinin 29-u Bakıda, 67-si isə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla müxtəlif rayonlarda fəaliyyət göstərir. Azərbaycan üzrə Bakcell loqotipi ilə fəaliyyət göstərən bütün dükanlarda abunəçilərə 65 növ yüksək səviyyəli xidmət göstərilir. Buraya CİN, Klass və Gold tariflərinin aktivləşdirilməsi və dəyişdirilməsi, Blackberry xidmətləri, beynəlxalq rouminq və sevimli nömrələr kimi xidmətlər daxildir.

Bakcell-in baş icraçı direktoru xanım İneke Botterin sözlərinə görə, yüksək səviyyəli müştəri xidməti biznesin əsasıdır: "Biz müştərilərimizi məmnun etmək üçün yeni strategiyalar və proqramlar hazırlayırıq. Abunəçilərin daima dəyişən tələblərinə cavab vermək üçün Bakcell öz dilerlərinə xüsusi təlimlər keçir" .

Bakcell-in diler dükanları və digər məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün /www.bakcell.com/ internet səhifəsinə daxil ola və ya 555-ə zəng edə bilərsiniz.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.