“Bakcell” rouminq tərəfdaşlarının sayını 2,5 dəfə artırıb

27-08-2010 / 03:36

Azərbaycanın ilk mobil operatoru “Bakcell” bu yaxınlarda 56 mobil operatorla GPRS rouming müqaviləsi imzalayaraq GPRS rouminq əhatə dairəsini genişləndirib.
Şirkətin baş ofisindən verilən məlumata görə, bu il ərzində “Bakcell” GPRS rouminq üzrə partnyorlarının sayını 2,5 dəfə artırıb. İndi “Klass” və “Gold” abunəçiləri və “Bakcell”in korporativ müştəriləri dünyanın 43 ölkəsində 56 tərəfdaş mobil şəbəkə vasitəsilə mobil İnternetdən istifadə edə bilərlər.

GPRS rouminqi Azərbaycanda aktivasiya etmək üçün ölkəni tərk etməzdən əvvəl telefonda İnterneti və rouminqi aktivləşdirmək tələb olunur. Siz öz GPRS rouminqinizi ölkədən kənarda da aktivasiya edə bilərsiniz, bu halda gərək zənglər və SMS üçün rouminq xidmətini səfərdən əvvəl aktivləşdirəsiniz.
Bu il “Bakcell” həmçinin GSM voice (telefon danışıqları və SMS) rouminq tərəfdaşlarının da sayını artırıb. Hazırda şirkətin dünyanın 150-dən çox ölkəsində 280-ə yaxın tərəfdaşı var.

Xatırladaq ki, “Bakcell” şirkəti Azərbaycan mobil rabitə bazarında 1994-cü ildən etibarən fəaliyyət göstərir və hazırda 2 mln. aktiv abunəçiyə xidmət göstərir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.