Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti müştərilərinə “Daha yaxın olmaq” fəlsəfəsinə sadiq qalaraq «Hər vaxtınız xeyir» və “Faydalı başlanğıc” adlı bonus kampaniyalarının müddətini ilin sonuna qədər uzadır. Bu barədə şirkətdən məlumat verilib.
“Biz gözləyirdik ki, bu kampaniyalar uğur qazanacaq. Ancaq hazırkı satış həcminə nəzər salsaq, bu bizim ən nikbin proqnozları belə geridə qoydu”, - deyə “Bakcell”in Kommersiya işləri üzrə direktoru Krasimir Genov qeyd edib: “Xüsusilə bu kampaniyalar başlayandan, yəni sentyabrın əvvəlindən noyabrın sonuna kimi biz 280 min yeni nömrə satmışıq. Bu da əhəmiyyətli dərəcədə “Bakcell” abunəçilərinin sayının 2 mln.-a çatmasına xidmət edir”.
«Hər vaxtınız xeyir» kampaniyasının bir hissəsi olaraq “Bakcell” hər ödəniş kartı üçün hədiyyə konturlarının sayını artırıb. Belə ki, ödəniş kartının qiyməti nə qədər bahalı olarsa, “Bakcell”in bonus konturlarının sayı da bir o qədər çox olar. “Faydalı başlanğıc” aksiyası çərçivəsində isə bütün yeni Cin abunəçiləri sonrakı 12 ay ərzində 12 000 pulsuz kontur və 50 pulsuz SMS hədiyyə ala biləcəklər.
Bundan başqa, bütün Klass Professional abunəçiləri üçün hədiyyə aksiyasının müddəti uzadılıb. Bu aksiya çərçivəsində abunəçilər hər ay 100 pulsuz SMS, 35 MB pulsuz yüksəksürətli İnternet-trafik və Səsli poçta pulsuz zəng etmək imkanı əldə edəcəklər.
“Klass qrupuna daxil olan Yenilənmiş Klass Professional tarifi ən sərfəli tariflərdən biridir”, - deyə Krasimir Genov bildirib: “Buna görə də son aylar ərzində bizim yeni Klass abunəçilərimizin və Klass “Peşəkar” tarifinə keçmək istəyən digər abunəçilərimizin xahişlərinin sayı artıb. Bizim müştərilərin müraciətlərinə operativ cavab verərək və onların mənfəətini düşünərək qərara aldıq ki, Klass tarifindən Klass “Peşəkar” tarifinə keçid pulsuz həyata keçiriləcək”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri