Bu gündən etibarən “Bakcell” şirkətinin abonentləri yeni “Meloton” xidmətindən istifadə edə biləcəklər.
Meloton xidməti nədir? Meloton xidməti vasitəsilə “Bakcell” abunəçiləri standart çağırış zənglərini istədikləri melodiya (meloton) və ya səs parçası ilə əvəz edə biləcəklər.
Melotonu necə əldə etmək olar? Melotonu əldə etmək üçün telefonda *123*melotonun kodu#yes yığmaq və ya melotonun kodunu qısa mesaj vasitəsilə 6970 nömrəsinə göndərmək lazımdır. Bir neçə saniyədən sonra abunəçi istədiyi melodiya və ya səs parçası haqqında bildiriş mesajı alacaq.
Əldə etmək və ya dəyişdirmək istədiyiniz 1 melotonun qiyməti Klass abunəçiləri üçün 1 manat (ƏDV daxil) + standart SMS qiyməti, Cin Kart abunəçiləri üçün isə 250 kontur+ standart SMS qiyməti təşkil edir. Melodiya və ya səs parçasının istifadə müddəti 30 gündür.
“Bakcell” abunəçiləri “Meloton” xidməti haqqında əlavə məlumatla www.meloton.az saytında tanış ola bilərlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri