Bakcell şirkəti media sahəsində çalışanlara xüsusi tarif təklif edir

15-03-2019 / 13:30

"Bakcell" şirkəti media sahəsində çalışan şəxslərə xüsusi tarif müəyyənləşdirib. Report xəbər verir ki, bu tarifdən istifadə edən media nümayəndələri ayda 5 manat ödəməklə öz aralarında pulsuz danışmaq imkanı əldə edəcəklər, digər nömrələrə zəng üçün 100 dəqiqə əldə edəcəklər və 1GB pulsuz internet trafiki qazanacaqlar.

Xeberler.az  bildirir ki, bundan əlavə paket daxilində pulsuz təqdim edilən 100 dəqiqə istifadə olunduqdan sonra abunəçiyə əlavə 1 GB pulsuz İnternet veriləcək.

Həmçinin zənglərin hər 100 dəqiqəsindən sonra abunəçiyə 1 GB pulsuz İnternet hədiyyə olunacaq.

Bonus daxilində verilən pulsuz internet trafiki istifadə olunandan sonra abunəçi “Bakcell”in təklif etdiyi İnternet paketlərindən birinə qoşula bilər.

Bu özəl tarifdən yararlanmaq üçün media nümayəndələri şəxsiyyəti təsdiq edən sənəd, iş vəsiqəsi və yaxud media fəaliyyətini təsdiq edən hər hansı sənədlə Bakcell şirkətinin istənilən Xidmət Mərkəzinə müraciət etməlidirlər.

Qeyd edək ki, bir abunəçi bu tarifdə olan maksimum 5 pulsuz nömrə və yaxud istifadə etdiyi nömrəni (yalnız bir nömrə) yeni tarifə keçirib əlavə 4 pulsuz nömrə əldə edə bilər.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.