Bakı Marafonunda Azercell minlərlə insanla həmrəy olacaq

04-05-2019 / 11:12

Ölkəmizdə idmana olan marağı daha da artırmaq, cəmiyyət arasında sağlam həyatı təbliğ etmək və minlərlə insanı bu fikir ətrafında cəmləmək məqsədilə mayın 5-də Dövlət Bayrağı Meydanından Bakı Olimpiya Stadionuna qədər 21 kilometrlik məsafəni əhatə edən “Bakı Marafonu-2019” keçiriləcək.

Xeberler.az bildirir ki, “Küləyə qalib gəl” şüarı altında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutacaq bu marafon sayca dördüncüdür. Yalnız vətəndaşlarımızın deyil, əcnəbilərin iştirakçı qismində qatıldığı bu genişmiqyaslı layihə hər il minlərlə insan tərəfindən böyük maraqla qarşılanır.

Yenilikçi təşəbbüslərin, sosial layihələrin həm dəstəkçisi, həm də təşkilatçısı olan “Azercell Telekom” MMC “Bakı Marafonu-2019”un eksklüziv tərəfdaşıdır.

Dənizkənarı Bulvar İdarəsi, Bakı Olimpiya Stadionu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, eləcə də AFFA və SOCAR marafonun dəstəkçiləri qismində çıxış edir. Layihənin icrasını isə “Sport Marketing Group” (SMG) şirkəti həyata keçirir.

Rəqəmsal eranın tələblərinə uyğun olaraq, builki marafonda bir yenilik tətbiq edilib. Belə ki, iştirakçılar taymkiperlərlə təchiz olunub. Bu xüsusi çip sayəsində iştirakçıların hərəkət istiqamətini izləmək, finiş xəttini ilk keçən şəxsləri dəqiq şəkildə təyin etmək, beləliklə də, yarışda şəffaflığı təmin etmək mümkün olacaq.

Qeyd etmək istərdik ki, müasir dünya cəmiyyətində gündəmdə olan sağlam həyat tərzi və insan həyatının keyfiyyətinin artırılması ideyasının ölkəmizdə də təbliğ edilməsinə öz korporativ sosial məsuliyyət strategiyasında xüsusi diqqət ayıran “Azercell Telekom” MMC hər kəsi bu fəlsəfəni yaşatmağa səsləyir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.