Previous Next
Bağla

Azercell Global İnfluencer Day tədbirinin GSM sponsorudur

27-10-2018 12:32
Azercell Global İnfluencer Day tədbirinin GSM sponsorudur

“Azercell Telekom” MMC marketinq sahəsində trenddə olan ən aktual mövzuları müzakirə etmək üçün müxtəlif sahə ekspertləri, influenserlər (cəmiyyətdə təsir qabiliyyətinə malik şəxslər), sahə oyunçuları, brend və biznes sahiblərini bir araya gətirən “Global İnfluencer Day” tədbirinə dəstək verir.

Xeberler.az  məlumat verir ki, Azercell Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək "İnnovasiya həftəsi" çərçivəsində baş tutacaq “Global İnfluencer Day”-in GSM sponsoru kimi iştirak edir. 26 oktyabrda keçirilən tədbirin mətbuat konfransında sual-cavab sessiyası və fikir mübadiləsi aparılıb. “Azercell Telekom” MMC-in Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya öz çıxışında bu tədbirlərin insan həyatının asanlaşdırılmasına, onun keyfiyyətinin artırılmasına doğru atılan addımlardan olduğunu bildirib, süni intellekt, əşyaların interneti, big data, İKT-da sahibkarlıq və s. bu kimi anlayışları cəmiyyət üçün mümkün və daha yaxın edən insanlara və təşkilatlara uğurlar arzu edib. Şirkət və brend sahiblərinin öz məhsullarını təqdim etməsi üçün əlverişli platforma hesab edilən tədbir “Keepface İnfluencer" Marketinq Platformasının rəsmi dəstəyi ilə “FA İnternational Trade Events” şirkəti tərəfindən oktyabrın 27-28-də Bakıda keçiriləcək.

Ölkəmizdə ikinci dəfə təşkil olunacaq tədbirin məqsədi brendlərlə “influencer”ları bir araya gətirməkdir. Microsoft, Google və İnstagram kimi nüfuzlu şirkətlərin nümayəndələrin, öz sahələrində mütəxəssis olan spikerlərin və uğurlu təşəbbüskarların iştirak edəcəyi tədbirdə rəqəmsal marketinqin yeni trendləri, sosial şəbəkə təsiri və “influencer marketing” kimi mövzular müzakirə olunacaq, təqdimatlar nümayiş etdiriləcək. Hamının səbirsizlik və maraqla gözlədiyi əsas çıxışçı süni intellekt sahibi, robot Sofia da tədbirdə çıxış edəcək. Tədbirin sonunda influenserlərin Mükafatlandırma Mərasimi olacaq. Mərasimdə münsiflər heyətinin seçdikləri influenserlər təşkilatçılar tərəfindən mükafatlandırılacaqlar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzerTelecom şirkətinin rəhbər şəxsləri Global İnfluencer Day tədbirinin spikeri və moderatoru olub

02-11-2018

Sabah brend sahibləri ilə influencer-lər görüşəcək

29-09-2017

Qlobal İnfluenser Günü-nün proqramı açıqlandı

19-10-2018

Məşhur robot Sophia Bakıya gəlir

30-07-2018

Influencer Day-də nələr olacaq?

19-09-2017

Azərbaycan kriptovalyuta bazarına yeni rəqəmsal pul çıxaracaq

26-10-2018

Google,Forbes və Facebook-un nümayəndələri Azərbaycana gəlir

16-10-2018

Azercell-in dəstəyi ilə Big Data Day tədbiri keçirilib

18-05-2016

Bakıda keçirilən İnfluencer Day-də nələr oldu?-Foto

02-10-2017

Azercell İlin innovasiya tədbiri nominasiyasında qalib gəlib

25-10-2019

Startapçılarımız Bakıda böyük tədbir keçirəcək

21-08-2017

Ağıllı robot Azərbaycan milli geyimini geyinəcək

29-09-2018

Azercell “GSMA M360 EURASIA 2023” konfransının baş sponsorudur

20-04-2023

Azercell “Baku Flames” festivalının rəsmi tərəfdaşıdır

28-04-2025

Azercell və GSMA əməkdaşlığı gücləndirir

24-09-2024

Global Game Jam bu dəfə Azərbaycanda baş tutacaq

21-01-2021

Azercell   “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək

18-04-2024

Azərbaycanda ilk dəfə beynəlxalq İnnovasiyalar həftəsi keçiriləcək

26-09-2018

Bakıda InnoWeek – İnnovasiya həftəsi keçiriləcək

14-10-2019

Rəqəmsal marketinq üzrə konfrans keçiriləcək

30-09-2015

Bakıda Big Data Day keçiriləcək

14-03-2016

“GSMA M360 EURASIA 2023” konfransına qeydiyyat davam edir

03-05-2023

“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

26-04-2024

Genişzolaqlı mobil internetin gələcəyi:5G və sonrası

05-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə