Lider mobil operator bütün abunəçilərini marafona qatılmağa dəvət edir!
Mayın 7-də Heydər Əliyev Fondunun təşəbbüsü, “Azercell Telecom” MMC-nin eksklüziv tərəfdaşlığı ilə ölkəmizin mühüm idman tədbirlərindən biri olan “Bakı Marafonu - 2023” keçiriləcək.
İdmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyan bu marafon həm Azərbaycandan, həm də dünyanın fərqli ölkələrindən minlərlə idmansevəri bir araya gətirəcək.
“Küləyə qalib gəl” şüarı altında keçiriləcək yarımarafon 21 kilometr məsafəni əhatə edir. Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olacaq.
"Azercell"in dəstəyilə keçirilən marafonda yarış nəticələrinin maksimal dəqiqliyini təmin etmək və qalibləri müəyyənləşdirmək üçün rəqəmsal xronometrdən (timekeeper) istifadə olunacaq. Bunun üçün marafonçuların nişan nömrələrinə xüsusi mikroçiplər yerləşdiriləcək və nəticələr dərhal qeydə alınacaq.
Yarışa qatılmaq üçün 18 yaşdan yuxarı şəxslər mayın 1-nə qədər "Gənclik Mall", "28 Mall" və "Dəniz Mall"da quraşdırılmış xüsusi qeydiyyat məntəqələrinə, həmçinin www.marathon.az saytına müraciət edə bilərlər (ətraflı: www.marathon.az).
“Azercell Telecom” 2017-ci ildən etibarən “Bakı Marafonu”nun baş sponsoru qismində çıxış edir. Bu il də ənənəvi olaraq marafonda “Azercell Telecom”un rəhbər heyəti, şirkətin əməkdaşları, korporativ abunəçiləri də iştirak edəcək. "Azercell" hər kəsi “Bakı Marafonu”na qatılmağa dəvət edir, bütün iştirakçılara uğurlar arzu edir!
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri