Bakıda “Bitcoin Pizza Day” keçiriləcək

04-05-2018 / 13:21

Blokçeyn Azərbaycan Mərkəzinin (BAM) toplantısı keçirilib.

BAM-dan Xeberler.az-a verilən məlumata görə, toplantıda Mərkəzin qarşıdakı dövrdə həyata keçirəcəyi tədbirlər müzakirə olunub.

BAM yaxın vaxtlarda kriptovalyuta və blokçeyin texnologiyalardan yazan jurnalistlərin peşəkalığını artırmaq üçün təlimlər təşkil etməyi nəzərdə tutub. Qeyd edilib ki, təlimlər ödənişsiz olacaq.

Yaxın günlərdə BAM tərəfindən “Bitcoin Pizza Day” keçirilməsi də nəzərdə tutulur.

Xatırladaq ki, 10 il öncə, hələ bitcoin-in populyar olmadığı zamanlarda,  22 may tarixində 10 min bitcoin ödənilərək  2 pizza alınıb. Hazırda isə həmin məbləğ 100 milyon dollara çatır.

Bu hadisədən sonra hər  il 22 may tarixi bitcoin istifadəçiləri arasında “Bitcoin Pizza Day” olaraq qeyd olunur.
BAM-dan verilən xəbərə görə, həmin gün yığıncaqda kripto və blokçeyn texnologiyaları ilə maraqlananlar iştirak edəcək və müxtəlif təqdimatlar keçirəcək. Tədbirdə həmçinin blockchain.az  saytı da təqdim olunacaq.

BAM  yaxın vaxtlarda digər qurumlarla, Azərbaycan Sahibkarlar Konfederasiyası ilə birgə sahibkarlar üçün “İCO  və Smart Contract” mövzusunda konfrans keçirməyi də planlaşdırır.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə