11 yaşındakı uşaqdan Bitcoin kitabı

27-02-2018 / 11:37

ABŞ-da bir texnologiya investorunun oğlu Andrew Courey Bitcoin və Blok Zinciri haqda hər kəsin başa düşəcəyi sadə dildə 57 səhifəlik bir kitab yazıb.

Xeberler.az xarici mediaya istinadən bildirir ki, Courey hələ 6-cı sinifdə oxuyur. O, həm də  boş zamanlarında iPhone tətbiqləri yaradır.

Kiçik yaşlı uşağın boş zamanlarında yazdığı Bitcoin kitabı 3 ay müddətə hazır olub. Belə ki, “Early Bird Gets The Bitcoin: The Ultimate Guide to Everything About Bitcoin” kitabındakı məlumatlar hər kəsin başa düşəcəyi formada təqdim edilir.

Qeyd edək ki, kitab Amazon Kindle-də 2.99 dollara və çap versiyasında 9.99 dollar satılır.

Onun yazıdığı kitabda Bitcoin və Ethereum-un tarixi, kriptopul kitabları və bununla bağlı  iqtisadiyyatın necə işlədilməsi haqqında izahatları var.

Courey kriptovalyutaya sahib olmaqdansa, Amazon-dan səhm satın almağın daha məntiqli olduğunu hesab edir.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə