Bitcoin-in qiyməti 9 min dollardan aşağı düşüb

02-02-2018 / 11:59

Bitcoin-in qiyməti bu gün noyabrın 25-dən sonrakı ən minimal səviyyəsi olan 8 690 dollaradək geriləyib. 

Xeberler.az bildirir ki, bununla da Bitcoin tarixi rekord səviyyəsi - 20 078 dollardan 56,7% aşağı düşüb. Xatırladaq ki, Bitcoin tarixi rekord qiymətə dekabrın 17-də satılıb.

Bitcoin-lə yanaşı, digər kriptovalyutalar da sərt satışla üzləşib. Kapitallaşmasına görə bitkoindən sonra ikinci sırada qərarlaşan Ethereum 1 000 dollardan, üçüncü sırada olan Ripple isə 0,9 dollardan aşağı satılmağa başlayıb.

Kriptovalyuta bazarının kapitallaşması isə 420 mlrd. dollara qədər geriləyib. Bu da 2018-ci ilin ən minimal səviyyəsi olmaqla bərabər, dekabrın 11-dən sonra ən aşağı göstəricidir. (Report)


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.