Bakıda onlayn Neft-Qaz Birjası açılır

19-09-2009 / 13:34

Sentyabrın 20-də, “Əsrin müqaviləsi”nin 15 illik yubileyi günündə Bakıda Xəzər regionunun yanacaq-enerji kompleksi haqqında interaktiv onlayn-portal - Xəzər Neft-Qaz Birjası (www.oil-exchange.com) açılacaq.

Eco.az-ın verdiyi məlumata görə, Xəzər Neft-Qaz Birjası Xəzər-Avropa İşğüzar İnteqrasiya Klubunun dəstəyi ilə təşkil edilib. Birjanın baş informasiya tərəfdaşı Caspian Energy Beynəlxalq Media Qrupudur.

CEİBC klubunun prezidenti və baş icraçı direktoru Telman Əliyev bildirir ki, layihə sentyabrın 20-də Bakı vaxtilə saat 20.09-da test rejimində işə salınacaq: "Biz bu gün biznesin müxtəlif sahələrində marketinq işində çox populyar olan “rəqəmlərin sehrindən” istifadə etməyi qərara almışıq."

T.Əliyevin fikrincə, beləliklə, “biznesmenlər həftənin istirahət günlərində, yeni iş həftəsinə hazırlaşdıqları vaxtda özlərinin mobil telefonlarından, fərdi cib kompyuterlərindən və noutbuklarından bu portala daxil olaraq, Birjanın fəaliyyəti ilə tanış olmaq, layihədə iştirak etmək və ya bizim hərraclarda iştirak etmək üçün Birjada yer almaq barədə qərar qəbul etmək imkanına malik olacaqlar”.

Klubun prezidenti və baş icraçı direktorunun sözlərinə görə, sentyabrın 20-də Birja test rejimində işə salındıqdan sonra yarım il ərzində hərraclar keçiriləcək. Gələcəkdə isə Birjada hər rüb yeni xidmətlər təklif olunacaq, onun işində iştirak etmək üçün yeni imkanlar tətbiq ediləcəkdir.

T.Əliyev vurğulayır ki, CEİBC klubuna daxil olan şirkətlər, habelə onun tərəfdaşı olan təşkilatlar Birjanın işində iştirak etmək üçün üstünlük əldə edəcəklər.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.