“Brand Award Azerbaijan” davam edir

03-06-2009 / 14:29

Mayın 26-dan “Brand Award Azerbaijan” mükafatı ilə bağlı internet-səsvermənin həftəlik nəticələri barədə məlumatı www.caspenergy.com saytından öyrənmək olar.

Məlumat üçün bildirək ki,“Brand Award Azerbaijan” mükafatı Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu və “Caspian Energy” beynəlxalq media qrupunun birgə layihəsidir.

Mayın 18-də başlanan səsvermə noyabrın 23-də başa çatacaq. “Brand Award Azerbaijan” mükafatı ilə bağlı səsvermədə iştirak üçün avqustun 31-dək qeydiyyatdan keçmək lazımdır.

İnternet-səsvermədə yalnız qeydiyyatdan keçmiş istifadəçilər iştirak edə bilərlər.Qeydiyyatdan www.brandaward.az ünvanında keçmək olar.

Səsvermə başa çatdıqdan sonra ayrı-ayrı nominasiyalarda qalib brendlər müəyyən ediləcək. Müsabiqəyə həm korporativ brendlər, həm də mal və ya xidmətlərin brendləri təqdim oluna bilər.

Qalib brendlər “Brand Award Azerbaijan” mükafatının bu ilin dekabrında “Caspian Energy” beynəlxalq media qrupunun 10 illik yubileyi çərçivəsində keçiriləcək təntənəli təqdimetmə mərasimində elan olunacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə