Previous Next
Bağla

Azerfon “İlin Mobil Operatoru” və “Texnoloji Lider” mükafatına layiq görülüb

08-04-2010 13:20
Azerfon “İlin Mobil Operatoru” və “Texnoloji Lider” mükafatına layiq görülüb

Azerfon MMC Caspian Integration Award Beynəlxalq mükafatının qalibi elan edildi. Təqdim olunan mükafat Xəzər Avropa İnteqrasiya İşgüzar Klubu (CEİBC) tərəfindən təsis edilib və hər il beynəlxalq şirkət və təşkilatlara təqdim edilir. Mükafatın qalibləri Xəzər – Qara Dəniz və Baltik regionlarında fəaliyyət göstərən 32 ölkənin 1 500 şirkətində çalışan 7 500 TOP-menecer arasında aparılan sorğu nəticəsində təyin olunur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev CEİBC – nin fəxri sədridir.

Mükafatı şirkətin direktorlar şurasının üzvü cənab Cüneyt Türktana Rabitə və İnformasiya Texnologiyaları Naziri cənab Əli Abbasov təqdim etdi. Mükafatı qəbul edərkən, cənab Türktan qeyd etdi ki, dünyanın mobil rabitə operatorları arasında lideri olan Vodafone şirkəti ilə birlikdə ölkənin mobil rabitə bazarında 3G texnologiyasını təqdim etməklə Azerfon şirkəti Azərbaycanın kommunikasiya sahəsində yeni dövrün təməlini qoymuşdur. “Azerfon şirkəti Azərbaycanın ən sürətlə inkişaf edən mobil operatorudur. Biz sayı günü-gündən artan abunəçilərimizə ən yaxşı qiymətlər və keyfiyyətli xidmətlər təqdim edirik. Bu mükafatı biz ölkənin mobil bazarında əldə etdiyimiz uğurların təcəssümü kimi qiymətləndiririk.”

 İlin Mobil Operatoru nominasiyasından əlavə,  şirkət həmçinin 3G Texnologiyasının tətbiqinə görə Texnoloji Lider mükafatına da layiq görülüb. Mükafatı Azerfon-Vodafone direktoru xanım Leyla Nəsrullayevaya Nazir Əli Abbasov təqdim etdi. Leyla Nəsrullayevanın sözlərinə əsasən, məhz Azerfon-Vodafone istifadəçiləri video-zəng, verilənlərin yüksək sürətlə ötürülməsi, təkmilləşdirilmiş səs keyfiyyəti, habelə genişləndirilmiş əhatə dairəsi kimi 3G xidmətlərindən bəhrələnə biləcək ilk Azərbaycan istifadəçiləri oldular.

3G xidməti müştəriləri genişzolaqlı mobil xidmətləri ilə təmin edir. Verilənlərin 384 Kbit/s-dək ötürülməsi sürətinə malik olan 2G standartlardan fərqli olaraq 3G texnologiyası Azerfon-Vodafone müştərilərinə verilənlərin 3,6 Mbit/s-dək ötürülməsi sürətini təmin edir.  Azerfon Vodafone şirkətləri arasında imzalanan tərəfdaşlıq rabitə sahəsində yeni mərhəllə deməkdir. Məhz buna görə Azərbaycan abunəçiləri Vodafone-nun təqdim elədiyi qabaqcıl xidmətlərindən istifadə edə bilərlər.

Vodafone-un rominq şəbəkəsinin bütün üstünlüklərindən yalnız Azerfon-Vodafone abunəçiləri yararlana bilər ki, bu da Azərbaycan abunəçilərinə Azerfon-Vodafone rominq tarif planlarını ən sərfəli edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azerfon – Vodafone Satış və Xidmət Mərkəzinin açılş mərasimi keçirildi

17-12-2009

"Azerfon-Vodafone" rouminq əhatəsini 120 ölkəyə çatdırıb

18-02-2011

Ölkədə ilk operatorlar arası MMS xidmətinə start verildi

01-04-2010

«Azerfon»la «Vodafone» arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

22-07-2009

Azərbaycanlı Facebook istifadəçiləri arasında keçirilən müsabiqənin qaliblərini elan olundu

10-11-2010

Azerfon-Vodafone sayca yeddinci Satış və Xidmət Mərkəzi fəaliyyətə başladı

09-06-2010

«Azerfon-Vodafone» keçirdiyi müsabiqənin qaliblərinə hədiyyə verib

08-11-2010

Azerfon-Vodafone və “DNS”-dən yeni təklif

24-12-2010

“Azerfon-Vodafone” yeni tarif planı tətbiq edib

15-07-2010

Azerfon Azərbaycanda 3G şəbəkəsinin istifadəyə verilməsi barədə tədbir keçirib

16-12-2009

Azərbaycanda ilk 3G lisenziyası təqdim edilib

01-12-2009

Azerfon-Vodafone Azərbaycanda ilk 3G Mobil Müşahidə Kameralarını təqdim edir

23-09-2010

Azerfon-Vodafone “Xalq Kompüteri” layihəsinə qoşuldu

14-02-2011

«Azerfon-Vodafone ilə Futbol üzrə Dünya Çempionatı» viktorinasının qalibləri elan olunub

08-07-2010

Azerfon beynəlxalq TeleManagement Forumunun üzvü oldu

14-06-2010

“Azerfon” 3G texnologiyasının tətbiqinə 20 mln. dollara qədər investisiya qoyub

02-12-2009

Azerfon “Bakutel-2010” sərgisində ən innovativ mobil texnologiyalar nümayiş etdirdi

25-11-2010

Azerfon yeni Baş Direktorun təyinatını elan etdi

11-11-2010

“Azerfon” ən innovativ mobil texnologiyalar nümayiş etdirib

25-11-2010

Azerfon "Bakutel 2010" sərgisində təqdim etdiyi məhsulları nümayiş etdirib

25-11-2010

«Azerfon» şirkəti yeni kampaniyaya start verib

04-09-2010

Azerfon 3G yeniklərini nümayiş etdirəcək

22-11-2010

Azerfon-Vodafon-la Dünya Çempionatına səyahət şansı

31-05-2010

Azerfon rəhbəri avropalı KİV-lərə Azərbaycan iqtisadiyyatının dinamik inkişafından danışıb

24-11-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə