Beynəlxalq Bank yeni İT avadanlıq alır

10-11-2017 / 10:25

Azərbaycan Beynəlxalq Bankı CISCO rabitə avadanlığı və lisenziyaların satın alınması üzrə açıq tender elan edib.

Xeberler.az-ın məlumatına görə, tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 23 noyabr 2017-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə 29 noyabr saat 17:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi,67 ünvanına təqdim etməlidirlər.

İddiaçıların təklifləri 30 noyabr saat 11:30-da qeyd olunan ünvanda açılacaq.

Bank həmçinin kompüter avadanlıqlarının satın alınması üzrə açıq tender elan edib.

Tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 23 noyabr saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə 29 noyabr saat 17:00-a qədər təqdim etməlidirlər.

İddiaçıların təklifləri 30 noyabr saat 11:00-da açılacaq.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.