Bill Gates gününü necə keçirir?

23-08-2017 / 10:48

Texnologiya dünyasının nəhənglərindən Bill Gates-in gündəlik fəaliyyətində məşğul olduğu maraqlı vərdişləri var.

Qeyd edək ki, yerini Amazon-un CEO-suna verənə qədər o, "Dünyanın ən zəngin insanı" statusunu daşıyırdı.

Telegraph saytı Gates-in bir gününü necə keçirdiyi barədə maraqlı məqalə dərc edib.

Xeberler.az məqaləyə istinadən bildirir ki, Microsoft-un qurucusunun gündəlik vəzifələri arasında işləməkdən əlavə, qab-qacaq yuymaq və kart oynamaq kimi xüsusiyyətlər var.

Tətildə olmadığı vaxtlarda Gates Vaşinqtonda öz malikənəsində vaxt keçirir.

O, malikənəyə 2016-cı ildə 124 milyon dollar ödəyib.

Tennis oynamaq da Bill-in hobbilər arasındadır.

Gates hər səhər gündəlik qəzetlərin manşet xəbərlərinə baxır. The New York Times, The Wall Street Journal və Economist qəzetləri oxuyur.

Telegraph-a görə, Gates günlük proqramı 5 dəqiqə fasilələlər ilə bölünür. Yəni, hər dəqiqə diqqətlə planlaşdırılır.

Onun günlük proqramı arasında ideya və planlarına bir gündəliyə qeyd etmək də var.

Yeməyə gəldikdə isə Cheeburger Bill Gates-in sevimli yeməyidir.

Kitabları çox sevən Gates həmişə onlara vaxt ayırır. Bununla yanaşı, şəxsi veb səhifəsində də kitabları tövsiyə edir.

Gates zəngin kitabxanaya malikdir. Belə ki, Leonardo da Vinci-nin məşhur "Codex Leicester" kitabı da aralarında nadir kitablar olan kitabxanaya daxil edilib.

Gates işləmədiyi və ya uşaqları ilə vaxt keçirmədiyi zaman yeni yerlərə getməyi xoşlayır.

Ailəsi ilə vaxt keçirməyi sevən Bill həftə sonu Bridge oynayır.

Microsoft şirkətinin qurucusu Reddit-də 2014-cü ildə yazdığı bir şərhdə hər axşam yeməyində qab-qacağı yuduğunu da qeyd edib.

O, daha tez yatmağa çalışır. Belə ki, Bill gündə 7 saat yuxu alır. 

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.