Bitcoin daha bir rekorda imza atdı

13-06-2017 / 10:48

Bitcoin 3000 dollar ilə yeni bir zirvəyə çatıb.

Ötən həftələrdə 2 min 400 dollara çatan bitcoin daha sonra 1900 dollar səviyyəsinə düşmüşdü.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, itirdiyi həcmi tez bir zamanda geri qaytaran pul vahidi ötən gün 3000 dolları keçərək yeni bir rekorda daha imza atıb.

Şifrələnmiş pul vahidi sahəsində investisiya fondunun rəhbəri Tim Enneking bitcoin alternativlərinin (Ethereum) bazara daha sürətli daxil olduğunu vurğulayıb. Onun sözlərinə görə, bitcoin alternativlərinin belə sürətlə inkişafında öz yerini qorumağa çalışır.

Bir başqa şifrələnmiş pul vahidi investisiya fondunun rəhbəri Jehan Chu isə alternativ pul vahidlərinə qarşı böyük marağın bitcoin-ə də təsir etdiyini bildirib.

Ekspertlər bitcoin və digər kripto pul vahidlərinin yüksəlişində Yaponiya və Cənub-Şərqi Asiyadakı artan marağı xüsusi vurğulayır. Belə ki, Western Union və MoneyGram kimi pul transferi üsullarının ləng və yüksək komisyonlu olması insanları bitcoin və digər şifrələnmiş pul vahidlərinə yönləndirir.

Məlumata görə, son 2 ildə 65 milyon dollar pul transferinə vasitəçilik edən Bluepan böyüyən bu bazarın yalnız kiçik bir nişanəsidir. Yaponiyanın hökumət səviyyəsində Bitcoin-i ödəmə üsulu olaraq tanıması da Asiya bazarındakı böyümənin daha da sürətlənəcəyinə işarə edir.

Digər tərəfdən də Bitcoin-in kiber proqramlarında istifadə edilməsi (Wannacry) kripto pul vahidlərinin imicinə mənfi təsir edir. Buna baxmayaraq ekspertlər hesab edir ki, bu da bitcoin və digər pul vahidlərinin populyarlaşmaşına ciddi təsir etməyəcək.

Saxo Bank-a görə, bitcoin-in bazar həcmi 10 il içində 1,75 trilyon dollara və 1 bitcoin-in dəyəri 100 min dollara çatacaq.

Bitcoin, Ethereum haqqında daha çox məlumatı CoinDesk Research-in “State of Blockchain, Q1 2017” hesabatından əldə edə bilərsiniz. 

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.