Bitcoin-dən rekord: Qiyməti 2 min dolları keçdi

23-05-2017 / 16:32

Dünyanın ən populyar elektron pul vahidlərindən olan bitcoin-nin  umumi bazar dəyəri 32,92 milyard dollara çatıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, ilk dəfə 2013-cü ildə 1.000 dolları keçən Bitcoin-in dəyəri bilinməyən səbəblərə görə artıb-azalırdı.

Ötən ilin sonunda yenidən 1.000 dollara çatan bu pul vahidinin dəyəri artıq 2.062 dollardır.

Onu da qeyd edək ki, bitcoin məşur olan yeganə tək şifrəli rəqəmsal pul vahidi də deyil. Belə ki, aprel ayında indiyədək ən yüksək dəyərə çatan digər e-pul vahidi isə ethereum oldu. 130 dollara mübadilə edilən ethereum-ə qədər, son bir ay içində 1000 faiz artım göstərən ripple da diqqət çəkir. Ripple-ın qiyməti hazırda 0,35 dollar olaraq qeyd edilir.

Günel

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.