Bitcoin sahiblərinin bazası yaradılacaq

21-12-2017 / 15:29

Bitcoin-in anonimliyi və onun idarə olunması ilə bağlı çətinliklər bir çox ölkələrin hökumətlərini təşvişə salır. Bununla yanaşı, Avropa Parlamentinin deputatları da kriptovalyutanın köməyi ilə terrorizmin maliyyələşdirilməsi və ya pulların yuyulması ehtimalından narahatdırlar.

Avropa Birliyinin deputatları mürəkkəb kriptovalyuta proseslərini nəzarət altında saxlamaq üçün bitkoin istifadəçilərinin vahid reyestrini yaratmağı təklif ediblər. Güman olunur ki, bu addım yuxarıda qeyd olunan problemləri qismən həll edə bilər.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, bu siyahı nə vaxtsa elektron birja xidmətlərindən istifadə edənlərdən və ya ona sərmayə qoyan şəxslərdən ibarət olacaq. Bundan başqa, kriptobirjalar üçün sərt idarəetmə çərçivələrinin daxil olunması təklif edilib. Bildirilir ki, birjalar müstəqil olaraq bütün şübhəli pul köçürmələri haqqında müvafiq yerlərə məlumat verə bilərlər.

İdarəetmənin sadələşdirilməsi məqsədilə hər pul kisəsi üçün müəyyən insana aid olan universal identifikatorun daxil edilməsi təklif edilir. Bununla məlumat bazasına giriş imkanına malik olan orqanlar kibercinayətkarlıqla daha effektiv mübarizə apararaq operativ informasiya əldə edə biləcəklər.

Qeyd edək ki, bir çox ölkələrdə kriptovalyutanın statusu hələ ki, müəyyən olunmayıb.

Bitcoin-in anonimliyi və onun idarə olunması ilə bağlı çətinliklər bir çox ölkələrin hökumətlərini təşvişə salır. Bununla yanaşı, Avropa Parlamentinin deputatları da kriptovalyutanın köməyi ilə terrorizmin maliyyələşdirilməsi və ya pulların yuyulması ehtimalından narahatdırlar.

Avropa Birliyinin deputatları mürəkkəb kriptovalyuta proseslərini nəzarət altında saxlamaq üçün bitkoin istifadəçilərinin vahid reyestrini yaratmağı təklif ediblər. Güman olunur ki, bu addım yuxarıda qeyd olunan problemləri qismən həll edə bilər.

Bu siyahı nə vaxtsa elektron birja xidmətlərindən istifadə edənlərdən və ya ona sərmayə qoyan şəxslərdən ibarət olacaq. Bundan başqa, kriptobirjalar üçün sərt idarəetmə çərçivələrinin daxil olunması təklif edilib. Bildirilir ki, birjalar müstəqil olaraq bütün şübhəli pul köçürmələri haqqında müvafiq yerlərə məlumat verə bilərlər.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.