Daha bir ölkə bitcoin-i rəsmi olaraq tanıdı

24-07-2017 / 10:45

Cənubi Koreya beynəlxalq bitcoin transferlərini rəsmiləşdirdiyini və bitcoin ilə ticarət edən platformalar,  birja mövzusunda da yeni tənzimləmələr həyata keçirəcəyini açıqlayıb.

Xeberler.az xarcici mediya istinadən məlumat verir ki, İqtidarda olan Demokratik Koreya Partiyasının nümayəndəsi Park Yong-jin Cənubi Koreya hökumətinin bitcoin bazarını tənzimləməyə hazır olduğunu açıqlayıb.

Park bitcoin istifadəçilərinin və müəssisələrin işlərini və Cənubi Koreya sənayesinin böyüməsini də asanlaşdıracaq 3 əsas yeni qanun müəyyən etdiklərini açıqlayıb.

Parkın təklif etdiyi tənzimləmələr bitcoin ticarət platformlarının minimum 500 milyon won (436.300 dollar) sərmayə ehtiyacı, məlumat əldə etmək məqsədiylə məlumatlara giriş icazəsini də ehtiva edir.

Bununla yanaşı, bütün müəssisələr, komissiyalar və digər kommersiya təşkilatlarının Maliyyə Xidmətlər Komissiyasından təsdiq alması da lazım olacaq.

Hazırda Cənubi Koreya bitcoin iqtisadiyyatı Amerika və Yaponiyadan sonra 3-cü sırada gəlir və ticarət həcmi bazarın təxminən 14 faizini təşkil edir.

Günel


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.