Son günlər kriptovalyuta bazarında ciddi canlanma yaşanır. Bir neçə həftə ərzində bazarda, cüzi titrəyişləri istisna olmaqla, demək olar ki, sabit tendensiya müşahidə olunmurdu. Oktyabrın 24-ü dünyanın ən bahalı kriptovalyutası olan “Bitcoin” gözlənilmədən 35 min ABŞ dolları qiymət həddini keçərək 35 280 ABŞ dollara qədər yüksəldi. Bu, 2022-ci ilin may ayından bugünədək ən yüksək qiymət idi.
Məsələni şərh edən kriptovalyuta bazarı üzrə ekspert Elnur Quliyev kriptovalyuta bazarındakı kəskin qiymət artımının mühüm səbəblərini açıqlayıb.
Onun sözlərinə görə, “Bitcoin”in qiymətinin artmasına səbəb iki məlumat “siqnalı” olub və onların hər ikisi ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) tərəfindən “Bitcoin” spot birja fondları ("Spot bitcoin ETF") üçün müraciətlərin təsdiqlənməsi gözləntiləri ilə bağlıdır.
Kriptovalyuta bazarında “buğa dövrü” başlayıb
“ABŞ-ın Kolumbiya Dairəsi üzrə Apellyasiya Məhkəməsi oktyabrın 23-də SEC-ə kriptovalyutaların idarə edilməsi şirkəti "Grayscale"in müraciətinə yenidən baxılması üçün rəsmi mandat verərək avqust qərarını təsdiq etdi. Məhkəmə, "Grayscale"in təklif etdiyi "Bitcoin ETF"nin SEC tərəfindən təsdiqlənmiş "Bitcoin" fyuçers ETF-ləri ilə fırıldaqçılıq və bazar manipulyasiyasına qarşı eyni qorumalara malik olduğunu müəyyən etdi. "Nasdaq" birjasında “Spot bitcoin ETF”lərin işə salınması kriptovalyuta cəmiyyəti tərəfindən bazarda yeni bir “buğa dövrü” üçün katalizator kimi qəbul edilir.
“Spot bitcoin ETF” maliyyə və kriptovalyuta bazarları arasında boşluğu aradan qaldıra bilər
E.Quliyev hesab edir ki, hazırda kriptovalyuta bazarında “Spot bitcoin ETF” diqqət mərkəzindədir: “Məlumdur ki, dünyann əksəriyyət ölkələrində kriptovalyutalara hələ də hüquqi status verilməyib. Yəni, kriptovalyutalar qanuni investisiya aləti hesab edilmir. Büdcəsinin müəyyən hissəsini rəqəmsal aktivlərə yatırıb pul qazanmaq istəyən şirkətlər və pərakəndə investorlar bunu sadəcə olaraq qeyri-qanuni olduğu üçün edə bilmirlər. “Spot bitcoin ETF”, “Bitcoin”in qiymətini izləyən və onu spot bazarda satın alan birja ticarəti fondudur. Bu fond investora birbaşa “Bitcoin” almadan dolayı yolla onun qiymətinin dəyişməsində qazanmaq imkanı verir. İnvestorlar kriptovalyuta birjaları və elektron pul cüzdanları ilə məşğul olmaq əvəzinə, adi broker hesabları vasitəsilə Nasdaq, NYSE kimi beynəlxalaq birjalarda "Bitcoin ETF" səhmlərini ala bilər".
Onun sözlərinə görə, “Bitcoin ETF”, rəqəmsal valyutaya sahib olmaq və saxlamaqla bağlı risklər və mürəkkəbliklərdən narahat olmadan “Bitcoin”ə investisiya qoymağa üstünlük verən ənənəvi investorlar üçün daha əlverişli və əlçatan maliyyə alətidir: "Gözlənilir ki, “Spot bitcoin ETF”nin təsdiqlənməsi ənənəvi maliyyə və kriptovalyuta bazarları arasında boşluğu aradan götürə bilər”.
İnvestorlar səbrli olsunlar
Kriptoinvestor hesab edir ki, hazırda qiymətlərin artması hələ də spekulyativ xarakter daşıyır.
“Əsas fundamental faktorlar olan ABŞ Federal Ehtiyatlar Sisteminin (FRS) uçot faiz dərəcəsinin aşağı endirməyib və SEC dünyanın ən böyük investisiya nəhənglərindən biri olan “BlackRock”un “Spot bitcoin ETF”i üçün müraciətinə faktiki olaraq müsbət qərar verməyib. Ehtimal edirəm ki, kriptovalyuta sektorunda real “buğa dövrü” FRS-in uçot faiz dərəcəsini endirməsindən sonra başlayacaq. Hazırkı qlobal siyasi gərginliyi və maliyyə vəziyyəti nəzərə alsaq, FRS yaxın aylarda bu addımı atmayacaq və çox güman ki, ən yaxşı halda faiz dərəcəsini sabit saxlayacaq.
İnvestorlara məsləhət görərdim ki, səbrli olsunlar və bazarda növbəti qiymət korreksiyasını gözləsinlər. 2024-cü ilin yanvar ayınıda bu proseləri daha aydın müşahidə edəcəyik. İndiki şərtlər çərçivəsində “Bitcoin”in qiyməti yenidən 29 min ABŞ dollara qədər korreksiya oluna bilər və maksimum 37 min - 43 min ABŞ dollara qədər yüksəlmə ehtimalı da var”, - E.Quliyev qeyd edib. (report)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri