Biznesdə blockchain texnologiyalarının tətbiqi mövzusunda konfrans keçiriləcək

27-06-2018 / 10:30

Blokçeyn texnologiyası və ICO-ların Azərbaycan biznesinə tətbiqi mövzusunda Konfrans keşiriləcək.

Xeberler.az bildirir ki, tədbirdə Blokçeyn texnologiyasının biznesinizə tətbiqi və investisiya imkanları ilə bağlı geniş məlumat veriləcək.

Qeyd edək ki, hər bir biznes üçün inkişaf və biznesin genişləndirilməsi yönümlü investisiyaların cəlbi önəmlidir. Bu gün müasir maliyyə dünyasında, biznesə vəsaitlərin cəlbi üçün müxtəlif maliyyə alətləri mövcuddur. Ancaq onlar arasında son zamanların dünya trendi olan, blockchain, kriptovalyuta və ICO texnologiyasının rolu artmaqdadır.

Belə ki, ICO (İlkin koin təklifi) vasitəsilə Siz öz biznesinizə investisiya cəlb edib, biznesinizi daha da genişləndirə bilərsiniz. Həmçinin, yeni blokçeyn texnologiyasının tətbiqi sayəsində bir çox biznes proseslərinizi avtomatlaşdırmaq imkanınız da olacaqdır.

Blokçeyn texnologiyasının biznesinizə tətbiqi və investisiya imkanları ilə bağlı 28 iyun 2018-ci il tarixində saat 14.00 - 17.00 aralığında Blokçeyn Azərbaycan Məkəzi və ASK (Azərbaycan Sahibkarlar Konfederasiyası) tərəfindən təşkil olunan Biznesdə blockchain texnologiyalarının tətbiqi mövzusundakı Konfransda geniş müzakirələr aparılacaq.

Qeyd edək ki, tədbir ASK-də, Akademik Həsən Əliyev küç. 57-də keçiriləcək.

Tədbirin gündəliyinə bu linkdə baxa bilərsiniz.


Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.