Blokçeyn Azərbaycan Mərkəzinin (BAM) toplantısı keçirilib.
BAM-dan Xeberler.az-a verilən məlumata görə, toplantıda Mərkəzin qarşıdakı dövrdə həyata keçirəcəyi tədbirlər müzakirə olunub.
BAM yaxın vaxtlarda kriptovalyuta və blokçeyin texnologiyalardan yazan jurnalistlərin peşəkalığını artırmaq üçün təlimlər təşkil etməyi nəzərdə tutub. Qeyd edilib ki, təlimlər ödənişsiz olacaq.
Yaxın günlərdə BAM tərəfindən “Bitcoin Pizza Day” keçirilməsi də nəzərdə tutulur.
Xatırladaq ki, 10 il öncə, hələ bitcoin-in populyar olmadığı zamanlarda, 22 may tarixində 10 min bitcoin ödənilərək 2 pizza alınıb. Hazırda isə həmin məbləğ 100 milyon dollara çatır.
Bu hadisədən sonra hər il 22 may tarixi bitcoin istifadəçiləri arasında “Bitcoin Pizza Day” olaraq qeyd olunur.
BAM-dan verilən xəbərə görə, həmin gün yığıncaqda kripto və blokçeyn texnologiyaları ilə maraqlananlar iştirak edəcək və müxtəlif təqdimatlar keçirəcək. Tədbirdə həmçinin blockchain.az saytı da təqdim olunacaq.
BAM yaxın vaxtlarda digər qurumlarla, Azərbaycan Sahibkarlar Konfederasiyası ilə birgə sahibkarlar üçün “İCO və Smart Contract” mövzusunda konfrans keçirməyi də planlaşdırır.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri