BOX.AZ-da Bildirişlər Qovluğu və Sosial Şəbəkələr

06-12-2010 / 14:33

Sosial şəbəkələr (Facebook, Odnoklassniki, Vkontakte və s.) getdikcə populyarlaşmaqdadır və bir çox Box.az istifadəçisi bu sosial şəbəkələrə üzvdür.

Sosial şəbəkələrin əsas xüsusiyyətlərindən biri də şəbəkənizdə baş verən hər bir şey haqda sizə bildiriş məktubu göndərməkdir. Məsələn dostunuz sizin şəkilinizi bəyəndi, sizin şərhinizə cavab verildi və s.

Nəticədə sizin poçt qutunuz bu sosial şəbəkə bildirişləri ilə dolur, normal məktubları bildirişlər arasında tapmaq getdikcə çətinləşir, poçt qutusu yararsız hala gəlir.

Aktiv sosial şəbəkə istifadəçiləri gündə yüzlərlə bildiriş alırlar. Nəticədə onların poçt qutusunda 10.000-dən çox bildiriş məktubları yığılır ki, bu da poçt qutusunun dolmasına gətirib çıxarır.

Bütün bunları nəzərə alaraq box.az-da yeni “Bildirişlər” virtual qovluğu yaradılıb.

Nəticədə sosial şəbəkələrdən gələn bildirişlər avtomatik olaraq sizin “Gələnlər” qovluğunuzdan arıdılaraq xüsusi “Bildirişlər” qovluğuna toplanılır. Beləliklə sizin “Gələnlər” qovluğunuzda normal məktublar, “Bildirişlər” qovluğunda isə sosial şəbəkə bildirişləri toplanılır.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.