“Facebook internetin gələcəyinə təhlükə yaradır”

01-12-2010 / 11:14

Tim Berners-Li Scientific American jurnalına verdiyi son müsahibəsində qeyd edib ki, Facebook sosial şəbəkəsi internetin gələcəyi üçün təhlükə yaradır.

Mütəxəssisin fikrincə, sosial şəbəkələr internetdə informasiya axınını məhdudlaşdırır. Sosial şəbəkələr (və ya hər hansı bir brauzer, axtarış sistemi) ancaq öz resursunu inkişaf etdirir və nəticədə o qədər genişlənir ki, monopoliyaya çevrilir. O, bu sözlərin xüsusi ilə Facebook sosial şəbəkəsinə aid olduğunu vurğulayıb. Belə ki, Facebook dünyanın ən iri sosial şəbəkəsidir. Onun istifadəçilərinin sayı yarım milyarddan çoxdur. Tim Berners-Li GnuSocia və Diaspora kimi daha açıq, demokratik servislərdən istifadə etməyi tövsiyə edir.

Qeyd edək ki, müsahibə əsasən Qlobal şəbəkənin 20 illik yubileyinə həsr olunsa da, internetin yaradıcısı sosial şəbəkələr haqqında tənqidi fikirlər söyləyib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə