Bu gün Azərbaycanda beynəlxalq İT yarışması keçiriləcək

07-04-2017 / 12:56

Məlumat verdiyimiz kimi, bu gün Azərbaycanda  İT, dizayn və kommunikasiya sahələrində çalışanlar üçün beynəlxalq  Golden Byte (“Qızıl Bayt” ) yarışması keçiriləcək.

Xeberler.az-ın məlumatına görə, yarışmanın regional final mərhələsi  bu gün, saat 16:00-da STEP İT Akademiyasında baş tutacaq.

Tədbirdə iştirakçılar İT şirkətlərin qarşısında öz layihəni təqdim edib, digər ölkələrin təsilçiləri ilə təcrübə mübadiləsi aparacaq.  

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində keçirilən “Qızıl Bayt” iştirakçılara dünyaca tanınmış şirkətlərdən iş təklifi, startap layihələrı isə fondlardan və biznes mələklərindən investisiyalar imkanı qazandırır.

Hər nominasiya üzrə 1-ci yeri tutan iştirakçılar 22-23 apreldə Kiyevdə keçiriləcək beynəlxalq finalda Azərbaycanı təmsil edəcək və 20  min dollar uğrunda yarışacaq.

 Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə