Previous Next
Bağla

Tələbələrimiz beynəlxalq İT yarışdan qızıl medalla döndü- Foto

26-04-2017 12:21
Tələbələrimiz beynəlxalq İT yarışdan qızıl medalla döndü- Foto

Kiyevdə dünyanın 10 ölkəsindən innovativ layihələr toplayan Beynəlxalq IT-Çempionatının final mərhələsi  keçirilib.

Xeberler.az-ın məlumatına görə, 300-dən artıq ən güclü iştirakçılar  20 min dollar   hədiyyə fondu uğrunda mübarizə aparıb.

Tələbələr “İnvent. Create. Change” şüarı altında birləşən 10 fərqli nominasiyada öz layihələrini təqdim edib.

Bu il 10 minən artıq insan öz layihəsini Çempionata təqdim edib.

Golden Byte  müsabiqəsində ilk dəfə iştirak edən və 6 nominasiya üzrə Azərbaycanı təmsil edən tələbələr, Bakıya iki qızıl və iki bürünc medalla qayıdıb.

Onlardan biri cəmi 6 ay fəaliyyətdə olan STEP IT Academy Azerbaijan tələbəsidir.

E-Tap komandası – Elvin Cuvarov, Orxan Qədirov. WEB Design nominasiyasında 1-ci yer

Vaqif Rüstəmov, Character design nominasiyasında 1-ci yer

JavaSet komandası -  Yusupov Əsəd, Nicat Cavadov, Startup Challenge nominasiyasında 3-cü yer

Savefy komandası- Tural Səlimli, Məmməd Kərimli, Fəhmin Zakirli, Internet of Things nominasiyasında 3-cü yer

Finalçıların bir qismi final mərhələsi zamanı iş və təcrübə təkliflərini alıb.

Layihələri Ukraynanın və dünyanın ən böyük İT şirkətlərinin nümayəndələri qiymətləndirirdilər, məsələn, Yevgeniy Şvarov (Intersystems şirkəti), Yevgeniy Kudryavçenko (Vintage veb-studiyasının direktoru), Aleksey Mas (Kiyevstar), Svetlana Bovkun (KyivMakerFaire şirkətinin müştərək təsisçisi) «Kvartal 95» studiyasının nümayəndələri, Anna Tkaçenko (Rəqəmsal istiqamətin direktoru və 1+1 media strategiyası və inkişafı üzrə direktor), Dmitriy Litvinenko (STB televiziya kanalının art-direktoru), Vladislav Kurmaz (GlobalLogic əsas yaradıcısı), Papilev Aleksey (Lifecell əlavələrinin mobil idarəsi üzrə ekspert) və digərləri.

 STEP İT Akademiyası ardıcıl olaraq 10 ildir ki, “Golden Byte” beynəlxalq IT-çempionatını təşkil edir.

STEP IT Akademiyasının baş direktoru, “Golden Byte” çempionatının ideya müəllifi və təşkilatçısı Dmitriy Korçevski deyib ki,  onlar “GoldenByte” çempionatını ona görə yaradıb ki, istedadlı gəncləri xoş bir məqsəd ətrafına toplayayaraq, bilik və texnologiyaların köməyi ilə dünyanı dəyişmək, insanlara fayda gətirəcək innovasiya yaratsınılar:

“ Əminliklə deyə bilərik ki, biz buna nail ola bildik. 9 ildir ki, ardıcıl olaraq, tələbələrin müsabiqədə iştirak etmələri üçün əvvəlcə layihələr yaratdıqlarının, sonra isə  öz ideyalarını startaplara çevirərək, həyata keçirmələrinin şahidi oluruq. Bu,  çox gözəldir!”

“Golden Byte” Beynəlxalq Çempionatı Azərbaycanın və Ukraynanın Təhsil Nazirliklərinin, habelə Kiyev şəhər administrasiyasının dəstəyi ilə keçirilir. Çempionatın baş partnyorları – InterSystems şirkəti, Wolf, StearlingStudio, innovativ partnyor – Microsoft şirkəti, baş media partnyoru - 1 + 1 şirkətidir. Çempionatın final mərhələsi Şevçenko adına Kiyev Dövlət Univbersitetinin və D'lux əyləncə kompleksinin dəstəyi ilə baş tutub.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Golden Byte 2017-nin ölkə üzrə qalibləri açıqlanıb

09-04-2017

20 min dollar qazanmaq imkanı-Golden Byte

07-02-2018

AppLab İT müsabiqədə qalib gəlib

11-05-2018

AzerTelecom beynəlxalq İT müsabiqəsinə dəstək verir

30-04-2018

AzerTelecom İT layihələri dəstəkləyir

08-05-2018

Bu gün Azərbaycanda beynəlxalq İT yarışması keçiriləcək

07-04-2017

Ölkəmizdə beynəlxalq İT yarışması keçiriləcək-20 min dollar qazanmaq imkanı

09-01-2017

"Məktəblilərarası Milli Hakaton"un final mərhələsi keçirilib

28-11-2025

“Microsoft Imagine Cup 2015” müsabiqəsində Azərbaycan qalib gəldi

05-06-2015

“Microsoft Imagine Cup 2016”-da milli finalın qalibləri açıqlandı

17-05-2016

NETTY2019 nominantları müəyyən edir, seçim prosesi başladı

24-05-2019

“CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin qalibləri müəyyən olub

02-07-2019

Bakcell beynəlxalq innovasiya müsabiqəsinə dəstək olub

30-05-2018

Azercell-dən tələbələrə daha bir dəstək

06-12-2017

Beynəlxalq müsabiqədə Azərbaycanı 3 Startap təmsil edəcək

09-07-2018

34 startap layihəmizdən hansılar qalib olacaq?

16-12-2015

Bakıda yeni İT akademiya açılır-Video

13-09-2016

4 startap layihəmiz 10 min üçün yarışacaq

18-12-2015

NEXT STEP-də finala çıxan startaplar açıqlandı

07-03-2017

Azərbaycanın “BethClip” komandası “Silikon Vadisi”ndə təcrübə keçəcək

19-08-2014

Kiber idman üzrə Avropa çempionatı keçiriləcək

03-03-2022

Startapımız beynəlxalq müsabiqədə 3-cü yeri qazanıb

03-12-2015

İnformatika Olimpiadasının qalibləri açıqlanıb

10-05-2017

Yeni Fikir 2017-nin qalibləri açıqlandı-Foto

10-06-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə