Bu hadisəni YouTube-da 2 milyon insan eyni anda izlədi

07-02-2018 / 14:43

Məlumat verdiyimiz kimi, Elon Musk bir müddətdir dünyanın ən böyük raketini orbitə buraxmağa hazırlaşırdı.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, dünən Elon Musk 63 ton yük ilə Falcon Heavy raketini uğurla orbitə qaldıra bilib.

Bu hadisə YouTube-da canlı yayımlanıb. Video indiyə qədər YouTube-da ən çox izlənilən, müzakirə edilən hadisə kimi tarixə yazılıb.

Floridadakı Kennedy Kosmos Mərkəzindən qalxan raketi minlərlə insanı təhlükəsiz bir məsafədən izləyib. Belə ki, YouTube-da SpaceX-in canlı yayımını 2.3 milyon insan eyni anda izləyib.

Maraqlı olan isə raketlə birgə bir Tesla avtomobili də kosmosa göndərilib. Şirkət Tesla Roadster model avtomobilini bir sınaq olaraq həyata keçirib. Gələcəkdə isə bu raket yük yerinə, kosmosa insan daşınmasını nəzərdə tutur. 

Bu hadisə dünəndən ölkəmizin gündəmində də geniş müzakirə edilir.

Ekspertlər qeyd edir ki, indiyədək bu sahədə söz sahibi olan NASA cəmi 24 ton yükü qaldıra biləcək raket hazırlaya bilmişdi. NASA həm də bunun büdcəsinin təxminən 1 milyard dollar olduğunu bildirirdi. Falcon Heavy-nin büdcəsi isə cəmi 90 milyondur, yəni 10 dəfə ucuz.

Ekspertlər onu da diqqətə çatırıb ki, Elon-un daşıyıcı raketlərindən bir neçə dəfə istifadə oluna bilir. Yəni, daşıyıcılar geriyə qayıdaraq təhlükəsiz eniş edə bilir. 

Onların sözlərinə görə, Musk yük olaraq həm də özünün 100 min dollarlıq maşınını da Mars ətrafı orbitə qaldırıb. Sürücü yerinə də skafandrda bir maneken yerləşdirib.

Mütəxəssislər hesab edir ki, ümumiyyətlə, son zamanlar Yer Planetində resursların tükənməkdə olduğu və yaşayış, bəşəriyyətin gələcəyi üçün yeni planetlərin axtarılmasının zəruriliyi ətrafında müxtəlif müzakirələr aparılır:

"Güman ki, artıq böyük dövlətlər, müxtəlif fondlar bu istiqamətdə investisiyalar yatırmaqla real işlərə üstünlük verməyə başlayıblar. Yəni, addım-addım kosmosun resurslarının bölüşdürülməsi prosesi gedir. Elon Musk-ın rəhbərlik etdiyi SpaceX şirkəti təxminən 7 il olardı ki bu raketi hazırlamağa başlamışdı".

Beləliklə, ekspetlər dünənki günü kosmosda yeni həyat axtarılması istiqamətdə atılan real addım kimi dəyərləndirir.

Günel

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.