Elon Musk: “Zavodda yatıram”

12-04-2018 / 14:23

Tesla zavodunda işlər yaxşı getmir.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, şirkətin rəhbəri Elon Musk həftənin 7 günü zavodda qaldığını, evə gedə bilmədiyini açıqlayıb.

Bəs Musk-ı bu vəziyyətə salan səbəblər nədir?

Elon Musk CBS This Morning adlı bir proqramda Gayle King-in suallarına cavab verib. Son 3 ayını stressli keçirdiyini deyən Musk zavodda yatdığını bildirib:

“Çünki bu yuxu üçün çox əyləncəli bir yerdir, bilirsiniz, qorxunc!".

 King-in “Niyə fabrikdə yatırsınız?" sualına isə o, “Çünki evə getmək və duşa girmək üçün vaxtım yoxdur" cavabını verib.

Musk onu bu hala Tesla Model 3 istehsalının gətirdiyini deyib.

Hazırda həftəyə 2500-dən çox Tesla Model 3 istehsal edən şirkətin planı 3 ayda həftədə 5000 avtomobil istehsal etməkdir.

Günel 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə