Çağrı mərkəzinin yeni ofisinin açılışı olub

10-08-2018 / 15:50

10 avqust 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Çağrı mərkəzinin yeni inzibati ofisinin açılışı olub.

Xeberler.az məlumat verir ki, 1 fevral 2013-cü il tarixindən fəaliyyətə başlayan Çağrı mərkəzi Asan xidmət mərkəzlərinin fəaliyyəti ilə bağlı informasiya xidmətinin göstərilməsini, xidmətlərlə əlaqədar şikayət və təkliflərin qəbul olunmasını həyata keçirir.

Belə ki, 2000 kv.m-ə yaxın sahəni əhatə edən yeni Çağrı mərkəzində 2 xidmət zalı, 8 işçi, 1 müdir otağı, həmçinin təlim, iclas, server, istirahət otağı və mətbəx mövcuddur. Mərkəz səsboğucu funksiyaları nəzərə alınmaqla masalar, kompüterlər, zəruri proqram təminatları, qanunvericilik bazası, qulaqlıq və mikrofon kimi müasir texniki və digər avadanlıqlarla təchiz olunub.

Bildirək ki, Çağrı mərkəzində Cisco UCCE telefoniya sistemindən istifadə edilir.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.