Previous Next
Bağla

Azərbaycanın mütəxəssisləri tərəfindən süni intellekt proqram təminatı hazırlanıb

29-01-2024 22:28
Azərbaycanın mütəxəssisləri tərəfindən süni intellekt proqram təminatı hazırlanıb

“ASAN xidmət” 2024-2026-cı illər üçün idarəetmədə süni intellekt həllərinin tətbiqi ilə bağlı bir strategiya qəbul edib. Onun ilkin mərhələsi olaraq “ASAN xidmət”in Çağrı Mərkəzində süni intellekt proqramının tətbiqi layihəsidir. “ASAN xidmət”in Çağrı Mərkəzi illik bir milyondan çox zəng qəbul edən mərkəzdir. Burada bütün dövlət xidmətləri ilə bağlı zənglər qəbul edilir, xidmətlərlə bağlı məlumatlar verilir, təklif və şikayətlər toplanılır.

Xeberler.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”lə Koreya Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan nümayəndəliyi arasında “Mərkəzləşdirilmiş Dövlət Xidmətləri Çağrı Mərkəzinin optimallaşdırılmasında Süni İntellektin Tətbiqi” kiçikhəcmli inkişafa rəsmi yardım layihəsi çərçivəsində təhvil-təslim protokolunun imzalanma mərasimində deyib.

“Çağrı Mərkəzinin süni intellekt proqram təminatı sırf Azərbaycanın yerli mütəxəssisləri tərəfindən hazırlanıb. Onun avadanlıq təminatı Koreya tərəfinin dəstəyi ilə xüsusi qrantla təmin olunub. Artıq biz bu avadanlıq və proqram təminatı ilə yaxın aylarda Çağrı Mərkəzində tamamilə süni intellekt həllərini tətbiq edəcəyik. Bu dəstəyə görə Koreya tərəfinə minnətdarlığımı bildirirəm. Bundan sonra da texnologiya və innovasiyalar sahəsində Koreya tərəfi ilə əməkdaşlığa hazır olduğumuzu bəyan edirəm”, - deyə Ü.Mehdiyev qeyd edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"ASAN xidmət”in Çağrı Mərkəzində süni intellekt tətbiq olunacaq

29-01-2024

Sədr: "ASAN xidmət"in fəaliyyətində süni intellektin tətbiqinin uğurlu nəticələri görünür

02-12-2025

"ASAN xidmət" modelinin tətbiqi üçün 30 ölkə ilə əməkdaşlıq edilir

02-12-2025

"ASAN xidmət"in fəaliyyətində süni intellektin tətbiqi genişlənəcək

04-04-2025

Çağrı mərkəzləri "ASAN xidmət" modeli əsasında təkmilləşdiriləcək

24-04-2026

Seneqal “ASAN xidmət” modelini dövlət idarəçiliyi sahəsində tətbiq edəcək

03-06-2025

"ASAN xidmət" modeli BMT tərəfindən yüksək qiymətləndirilib

03-06-2025

Çağrı mərkəzinin yeni ofisinin açılışı olub

10-08-2018

Ülvi Mehdiyev: 5 ölkə ASAN Xidmət modelinin tətbiqi üçün müraciət edib

10-02-2022

"ASAN xidmət" modeli BMT xətti ilə 4 qitəyə ixrac olunacaq

14-11-2024

“ASAN xidmət”in Çağrı Mərkəzində 10 milyonuncu müraciət qeydə alınıb

01-07-2025

Sabah ASAN xidmət mərkəzləri işləməyəcək

19-01-2017

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025

ASAN xidmətin Çağrı Mərkəzi karantin rejimində vətəndaşlara xüsusi xidmət göstərəcək

12-06-2020

Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir

06-12-2024

“ASAN xidmət”in Afrikada tətbiqi genişləndiriləcək

23-06-2025

“ASAN xidmət”in Pakistanda tətbiqi ilə bağlı işlər sürətlənləndirilir

18-11-2025

Regionlarda “Süni intellekt savadlılığı” proqramına start verilib

01-12-2025

“Koreya-Azərbaycan Dövlət Xidmətləri və Sosial İnnovasiyalar” seminarı keçirilib

06-09-2024

ASAN Xidmət mərkəzlərində Qarabağ döyüşlərində yaralanmış 10-a yaxın qazi çalışır

03-04-2019

“ASAN xidmət” təcrübəsi Qazaxıstanla paylaşılır

26-02-2025

“ASAN xidmət” Süni İntellekt Günü konfransına tərəfdaşlıq edib

18-05-2026

ASAN xidmət-də beynəlxalq tərəfdaşlarla görüş keçirilib

26-04-2019

“Amazon”un sabiq vitse-prezidenti “ASAN xidmət”də

04-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə