“ASAN Kommunal” mərkəzlərində vətəndaşların rahatlığı üçün bütün işlər görüləcək"
Xeberler.az ASAN Xidmət-ə istinadən məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib.
Dövlət Agentliyinin sədri deyib ki, çox qısa müddət ərzində "ASAN Kommunal"ın pilot layihəsi fəaliyyətə başlayacaq. Bunlar "ASAN xidmət"ə paralel mərkəzlər olacaq. Hazırda ASAN xidmət mərkəzlərində müvafiq kommunal xidmətlər göstərilir, amma "ASAN Kommunal" mərkəzləri fəaliyyətə başladıqdan sonra bu xidmətlər yeni mərkəzlərdə birləşəcək. "ASAN Kommunal" mərkəzlərinin ayrı, ASAN xidmət mərkəzlərinə yaxın və yaxud bitişik binalarda fəaliyyət göstərməsi nəzərdə tutulub. Mərkəzlərdə ən müasir ödəniş üsulları tətbiq olunacaq.
İnam Kərimov bildirib ki, "ASAN Kommunal" mərkəzləri dövlət büdcəsindən maliyyələşməyəcək. Mərkəzlər aidiyyəti qurumların vəsaitləri hesabına maliyyələşəcək. "ASAN Kommunal" mərkəzlərində bu üç qurumun göstərdiyi xidmətlərdən başqa digər kommunal xidmətlərin də vətəndaşlara göstərilməsi planlaşdırılır. "ASAN Kommunal" mərkəzlərində xidmət ASAN xidmət-in prinsipləri əsasında həyata keçiriləcək. Bu mərkəzlərdə vətəndaşların rahatlığı üçün bütün işlər görüləcək. Mərkəzləşdirilmiş növbə sistemi olacaq. Fiziki və hüquqi şəxslərin rahatlığı, mərkəzləşdirilmiş növbə sistemi, göstərilən xidmətlərin müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə təşkili, vətəndaşların telefon və ya internet müraciətlərinin Çağrı xidməti vasitəsilə qəbulu və cavablandırılması əsas fəaliyyət istiqamətləridir.
Qeyd edək ki, dünən Azərbaycan prezidenti İlham Əliyev “ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmanda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə fiziki və hüquqi şəxslərə kommunal və digər müştəri xidmətlərinin vahid məkanda ASAN xidmət mərkəzlərinin fəaliyyət prinsipləri və standartları əsasında göstərilməsini təmin edən “ASAN Kommunal” mərkəzlərinin yaratmağı və vahid şəkildə idarə edilməsini təşkil etmək tapşırılıb.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri