Çin yazıçıları Apple şirkətinə qarşı patent iddiası qaldırdılar

10-01-2012 / 11:40
Doqquz çinli yazıçının Apple şirkətinə açdıgı 11,91 milyon yuanlıq müəllif haqqı barədə məhkəmə iddiası qəbul edilib.
 
Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, yazıçılar Apple Store-da kitablarının qeyri-qanuni olaraq endirildiyini bildiriblər.

Müəllif hüquqlarını qoruyan qurumun rəhbəri Bey Cıçıng, Şanghay səhər qəzetinə verdiyi açıqlamada bildirib ki, Apple ölkədə ən böyük qeyri-qanuni kitab yükləməsi və satışını həyata keçirən internet şirkətidir.

Bunu oğurluq kimi xarakterizə edən Bey, yazıçılar birliyini Apple şirkətinə Çin qanunlarına əməl edərək Apple Store-da satılan kitablara müəllif sertifikartını təmin etməyə çağırıb.

Bey, Çində 20 milyon insanın Apple Store vasitəsi ilə Apple-ın məhsullarından istifade etdiyini ancaq bu insanların çoxunun Apple-ın “kitab nüsxələrinin qeyri qanuni satıldığı platforma” olduğunu bilmədiyini iddia edir.

Apple-ın qanuni kitab bazarına təsirindən danışan Bey, kitabların qeyri qanuni snüsxələrinin Apple Store-dan milyonlarla dəfə yüklənildiyini və bunun müəlliflərə milyonlarla dollar ziyan vurduğunu bildirib.
 
Çinin tanınmış yazıçıları Han Han, Li Çıngpıng və Murong Şüeçünün də aralarında olduğu 9 yazıçı Apple-nı qeyri-qanuni olaraq 37 əsərin satışında günahlandırırlar.

Çinin ən böyük axtarış saytı olan “Baidu” bu cür etirazlara görə 2 milyon 800 min icazəsiz ədəbi əsəri silib.
 
 
xeberler.az/Samir

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.